Avstraliyanın ‘’NAB’’ bankı "ədalətli kredit kartlarını'' və ticarət mərkəzində ‘’orijinal uduşları’’ reklam etdi. Ziyarətçilərin dürüstlüyü yoxlanıldı.
İnsanlara öz ədəbini nümayiş etdirməyə və infopunkt-a yerdən tapılmış əşyaları təhvil vermək imkanı verildi. Administrator müxtəlif hiylələrlə müraciət etmiş şəxsi daha uzun müddət saxlamağa çalışırdı və bu zaman pusquda oturan fotoqraf həmin şəxsin şəkillərini çəkərək, tez emal edirdi.
Bir neçə dəqiqə ərzində isə həmin şəxsin üzü bütün ticarət mərkəzi ətrafında; posterlərdə, reklam lövhələrində, teleekranlarda və hətta tortların üzərində yayımlanırdı. Bütün təsvirlər şəxsin dürüstlüyü haqqında şüarlarla müşayiət olunurdu. Qəhrəmanın çıxışı güllərlə qarşılaşırdı. İştirakçıların necə ''şoka'' düşdükləri isə sözlərlə ifadə olunmurdu.
Bu aksiya əsasında reklam çarxına "Dürüstlük mükafatlandırılmış olmalıdır" adlı şüar quraşdırılmışdır.
Yaradıcı konsepsiya ‘’BBDO, Melburn’’ tərəfindən hazırlanmışdır.