Bu xəbəri “2012 – 2016 –cı illər ərzində ABŞ və bütün dünyada internet reklam proqnozu” adlı hesabatında məlumat və məsləhət xidmətlərinin əsas təchizatçısı olan IDC kampaniyası verib.
Hesabatda verilən məlumata əsasən, internet reklamlara ayrılan orta illik xərclər 10.6% təşkil edəcək.
Beləliklə, əgər 2011 – ci ildə internet reklamlara $87,4 milyard xərclənirdisə, 2016 –cı ilə qədər bu rəqəmlər $144,8 milyarda çatacaq. İnternetdə reklam marketinq xərclərini çaplı KİV, radio və poçt göndərişi kimi ənənəvi kanallardan uzaqlaşdıracaq.
Müxtəlif ölkələrə gəldikdə isə, 2016 – cı ilə qədər ABŞ – da internet – reklamına çəkilən xərclər $67 milyard olacaq, 2011 – ci ildə çəkilən xərclər $35,5 milyard olub, bu isə orta hesabla 13.7% artım deməkdir. Bu ölkədə internetdə reklam bütün reklam növlərinə düşən payın 20.6% təşkil edir. Təkcə 2011 – ci ildə 14%.
Əksinə, Qərbi Avropada internet reklama çəkilən xərclərin aşağı artımı müşahidə olunur. 2011 – ci ildə bu göstərici $25,6 milyard təşkil edirdi, 2016 –cı ilə qədər isə $33,7 milyarda çatacağı gözlənilir, yəni orta hesabla 5.7% artım müşahidə ediləcək.
Hesabata əsasən, 2016 –cı ilə qədər Qərbi Avropada internet xərcləri bütün növ reklam xərclərinin 23.7% - ni təşkil edəcək, müqayisə üçün qeyd edək ki, 2011 –ci ildə bu göstərici 18.4% təşkil edirdi.
İnternet reklam növlərinə gəldikdə isə, xərclərin balansı istifadəçilərin davranışından asılı olaraq dəyişir. “ABŞ – da olduğu kimi, Qərbi Avropada da axtarış reklamının bazar payının tədricən azalmasını müşahidə edirik” – hesabatda qeyd edilir.
Yaponyada internet reklama çəkilən xərclər $8,6 milyarddan başlayacaq. 2011 – ci ilə qədər isə $12,2 milyarda qədər idi. 2016 –cı ildə orta illik artım dərəcəsi 7.2 % təşkil edəcək. İnternet reklam bazarına düşən pay 16.3? – dən 23.9% - ə qədər olacaq.
Hal – hazırda bu ölkədə internet reklamın 20% - ni təşkil edən mobil reklam 25.1% -ə qədər artıb.