Bir qədər əvvəl Google mütəxəssisləri vebinaı keçirərək, internet-kampaniyalarının əsas elementləri haqqında ətraflı məlumatlar əldə etməyə imkan yaradan Google AdWords  hesabatıyla işin təfərrüatları "Axtarış ardıcıllığı" haqqında danışıbdılar.


Bu hesabat sayəsində tam axtarış zəncirini təqib etmək mümkundür  hansını ki, istifadəçilər saytınızda konversiya etməzdən əvvəl keçdikləri və reklam kampaniyasının yaxşılaşdırması üçün bu biliklərdən istifadə edirlər. Biz, vebinar iştirakçıları tərəfindən verilmiş suallara Google mütəxəssislərinin cavablarını təklif edirik.


Digital-atributsiya və axtarış funksiyaları hansılardır?


Digital-atributsiya reklam kanalının konversiyaya gətirib çıxardığı "müəllifliyin"bir növ xüsusi qurmasıdır. Kanallara media reklam, axtarış sistemi, kontekst, e-poçt, kuponlar, sosial şəbəkələrdə postlar və digər digital-qarşılıqlı təsirlər mediyaya daxildir. Bu gün marketoloqların əksəriyyəti "last-click" adlı atributsiyanın modelindən istifadə edir: konversiyada 100% nəticə zəncirdə trafikin son mənbəyinə məxsusdur və konversiya ona görə hesaba alınır.


Axtarış atributsiyasının fokusu axtarış reklamı üzrə axtarış sorğularına, nümayişlərə və kliklərə qədər daralır. "Axtarış ardıcıllıq" hesabatı istifadəçinin hərəkət "zəncirlərini" ətraflı təqib etməyə və konversiyaya təsir edən, başlanğıcda və ya sonda rast gələn ‘’açar sözlərini’’ tanımağa imkan yaradır .


"Axtarış ardıcıllığı" hesabatından istifadə etmək üçün nə etmək lazımdır?


Bu hesabat "AdWords Konversiyalarının İzlənilməsi" alətiylə avtomatik işləyir. Alətin quraşdırılmasından dərhal sonra hesabat ‘’AdWords’interfeysində  mövcud olur.


 


Hesabatda istifadə olunan əsas anlayışların şifrəsini açın:


Axtarış ardıcıllığı (Searh Funnel) - bölmə hesabat elanları, kliklər və internet-kampaniyanın digər elementləri haqqında ətraflı məlumatlar  əldə etməyə imkan verir. Onlar müştəriləri anlamaq və ’’açar sözlərin,’’  yaradılmış reklam elanların effektivliyini təhlil etməyə daha yaxşı kömək edirlər.


Konversiya (Conversion Path) yolu - konversiyaya gətirib çıxaran kliklərin və reklam nümayişlərinin ardıcıllığı.


Son kliklər (Last Clicks) - konversiyadan dərhal baş verən reklam elanının klikləri.


Köməkçi kliklər (Assist Clicks) - son klikdən əvvəl edilmiş istənilən kliklər.


Köməkçi nümayişlər (Assist Impressions) - nəticədə konversiyaya gətirib çıxardan, lakin kliksiz olan nümayişlər.


Köməkçi kliklər/Son kliklər (Assist Clicks / Last Clicks) - müəyyən kampaniya, reklam elanları və ya ‘’açar söz’’ qrupları üçün göstəricilərin münasibətidir .


Köməkçi nümayişlər/Son kliklər (Assist Impressions / Last Clicks) - müəyyən kampaniya, reklam elanları və ya ‘’açar söz’’ qrupları üçün göstəricilərin münasibətidir.


Mən ilk dəfədir ki "Axtarış ardıcıllığı" hesabatından istifadə edirəm. Siz hansı üç analiz etməyi məsləhət görərdiniz?


Birincisi, ‘’hesabat əlaqəli konversiyalar’’ (Assisted Conversions) bu hesabatda son kliklərə görə və hər kampaniya üçün köməkçi kliklərə görə konversiyaların reklam və ‘’açar söz’’ qruplarının konversiyaların sayı göstərilir. Birinci kliklərə görə statistika hansı ‘’açar sözlərin’’ müştəriləri saytınıza cəlb etdiyindən xəbər verir, son kliklər  isə istifadəçilərin konversiya etməzdən əvvəl birbaşa nə axtardıqları haqqında məlumat verir.


İkincisi, hesabat konversiyasına (Time Lag) qədər olan vaxt; orada 0-dan 12-ə qədər və daha çox gün ərzində konversiya baş verdiyi göstərilir. Belə statistika internet-satış dövr müddətini qiymətləndirməyə imkan yaradır.


Və nəhayət, digər bir qiymətli informasiya mənbəyi – ‘’Əsas ardıcıllıqlar’’ (Top paths) hesabatıdır: konversiyalara gedən yolda istifadəçilər tərəfindən edilən hərəkətlərin ən yayılmış dəsti haqqında məlumatları özündə saxlayır. Bu informasiya nümayişləri məlumatlar əsasında və ya konversiyanın həyata keçməsindən əvvəl edilmiş reklamlar kliklərinə görə tərtib edilir .


"Tarix" bölməsi nələri özündə daxil edir və bu məlumatlar nə qədər əhəmiyyətlidir?


‘’Hesabat Axtarış ardıcıllığı’’ konversiyaya qədər 30 gün ərzində olan axtarış reklamıyla bütün qarşılıqlı təsirləri özündə daxil edir. Lakin bu funksiyanı 60 və ya 90 gün arası seçərək şəxsi mülahizəyə görə qurmaq olar.


Köməkçi nümayişlər nələrdir? Onları necə qiymətləndirmək lazımdır?


Köməkçi nümayişlər - istifadəçi kontekst blokunda sizin reklam elanlarınızdan birini görür, lakin onun üzərinə klik etmir və bir qədər sonra o başqa  reklam elanını klik  edir və bu da konversiyaya gətirib çıxarmış olur. Demək olar ki, belə reklam  ''imic'' effekti, markanın tanınmasına imkan yaradır.