25 iyun 2012-ci ildə Yaponiya patent bürosu kampaniyanın ticarət nişanları ilə bağlı qanuna dəyişiklik etmək barədə qərar qəbul edib, onlara ticarət nişanının xarakteristikası qismində qoxu və səsin qeydə alınması barədə icazə verilib.
2013-cü ildə yeni layihə parlament sessiyasında təqdim olunacaq. Yaponiya patent bürosu xarici ölkələrin təcrübəsinə əsaslanaraq yoxlama və hüquqla bağlı proseduraları öyrənməyi planlaşdırır.
Artıq Yaponiyada şriftlər, rəsmlər, üçölçülü şəkillər ticarət nişanı xarakteristikası qismində tanınmağa başlayıb. Yapon mütəxəssislərin fikrincə, yeni xarakteristikalar başqa ölkələrdə də ticarət qanunu kimi istifadə edilə bilər.
Dəyişikliklərdən sonra, yəni ticarət qanunlarının beynəlxalq standartlarla qeydiyata alınmasından sonra Yaponiya biznesi ticarət nişanlarını yeni kontent qismində qeydiyyata ala biləcək.