Samsung şirkəti Cənubi Koreyada dəyəri 17,5 min dollardan bir qədər az olan 75 düym diaqonallı smart (“ağıllı”) televizorun satışına başlayıb. Televizorun özünəməxsus xüsusiyyətlərindən biri ekran ətrafında eni 7,9 mm təşkil edən və bu həcmli diaqonalda demək olar nəzərə çarpmayan çox nazik çərçivənin yerləşməsidir.


Qurğu ənənəvi Smart TV dərəcəsinə malik televizorların bütün funksiyalarını, o cümlədən əl hərəkətləri ilə idarəetmə funksiyasını özündə birləşdirib. Televizorun məhsuldarlığını 1 giqahers takt tezlikli ikinüvəli prosessor təmin edir ki, bu da Samsung ES9000 modelinin tərtibatçılarının sözlərinə görə, televizorda eyni vaxtda bir neçə əlavəni işə salmağa imkan verir. Onu da qeyd etmək lazımdır ki, qurğunun hazırda dünyanın ən böyük OLED-televizoru olduğu bildirilir.
 
2012-ci ilin yanvarında təqdim olunan ES9000 modelini hazırda yalnız Cənubi Koreya ərazisində almaq mümkün olsa da, bir qədər sonra qurğunun Avropa satışlarına başlanacaq.