San-Fransisko şəhərində yaradılan, heç kəsin tanımadığı bir startapdan 10 ilə milyonlarla istifadəçisi olan nəhəng texnoloji şirkətə çevrilməyi bacaran Dropbox bulud servisi Nasdaq birjasında səhmlərinin ilkin kütləvi yerləşdirilməsini (IPO) uğurla həyata keçirib.


Facemark.az-a “AzFinance” şirkətindən verilən məlumata görə, nəticədə şirkət 756 milyon dollar həcmində vəsait əldə edib, onun bazar dəyəri 13 milyard dolları üstələyib.


Dropbox IPO-dan öncə bir səhminin qiymətini 21 dollar səviyyəsində dəyərləndirmişdir, amma artıq ticarətin ilk günündə səhmlər 36 faiz bahalaşıb və 28,48 dollara çatıb, ondan sonrakı bir həftə ərzində isə qiymət yenə 9,7 faiz artaraq 31,25 dollara çatıb.


Ticarətin ilk günlərində investorlar Dropbox səhmlərinə çox böyük maraq göstərib, ancaq unutmaq lazım deyil ki, IPO-dan sonra səhmin qiyməti korreksiya oluna bilər və hətta əvvəlcədən müəyyən olunmuş səviyyədən də aşağı düşə bilər.



Nəyə görə Dropbox səhmlərinə investisiya yatırmaq lazımdır?


Dropbox-un 500 milyon istifadəçisi var, onlardan 11 milyonu şirkətin ödənişli xidmətlərindən istifadə edir. Korporativ müştərilərlə (onların sayı 200 minə yaxındır) işə böyük diqqət yetirən Dropbox bulud həlləri bazarının liderlərindən biridir. Güclü rəqabətə baxmayaraq Dropbox-un biznesi genişlənir. 2017-ci ildə Dropbox-un gəlirləri 30 faiz artaraq 1,1 milyard dollara çatıb. Gəlirlər səviyyəsinin çox yüksək olduğunu nəzərə alaraq, bu artım tempi çox gözəl göstəricidir. Həmçinin qeyd etmək lazımdır ki, şirkətin xalis zərəri 2016-ci ildəki 210 milyon dollardan 2017-ci ildə 112 milyon dollar səviyyəsinə enmişdir.


Şirkət tədqiqat işlərinə, innovasiyalara, infrastruktura, yeni məhsulların işlənilməsinə və cari məhsulların inkişafına fəal şəkildə sərmayə yatırır. Dropbox-un diqqət yetirdiyi əsas sahə isə istifadəçilərinin etibarının qorunub saxlanılmasıdır. Buna görə şirkət daim məlumat təhlükəsizliyi həlləri üzərində çalışır. Bu, Facebook şəbəkəsinin 50 milyondan çox istifadəçisinin şəxsi məlumatlarının sui-istifadəsində şübhəli bilinən Cambridge Analytica şirkəti ilə bağlı qalmaqal fonunda xüsusilə aktualdır.


Azərbaycanda Dropbox-un səhmlərini necə əldə etmək olar?


Səhmlərin ticarəti başlanandan sonra onlar birjada dövriyyədə olan digər alətlərdən heç nə ilə fərqlənmirlər. Yerləşdirilmədən sonrakı günlərdə səhmləri almaq adətən daha asan olur, çünki hadisəyə olan maraqla bağlı onların likvidliyi artır.


Dropbox-un səhmlərini Azərbaycan vətəndaşları da əldə edə bilərlər. Bunun üçün sadəcə yerli AzFinance investisiya şirkətində broker hesabı açmaq kifayətdir. Şirkətin əməkdaşları bütün texniki məsələləri həll edib, investora lazımi məsləhətləri verəcəklər.


“AzFinance” şirkətinin ofisi N.Nərimanov, 206 ünvanında yerləşir. Poçt indeksi – AZ1065. Əlaqə telefonu: (012) 310 33 30. Şirkətin sosial şəbəkələrdə ünvanları:


Telegram https://t.me/AzfinanceInvestment


Instagram @Azfinance


Twitter @Azfinance2


Facebook https://www.facebook.com/AzFinanceInvest/