Paduan Universitetinin (İtaliya) riyaziyyatçısı Massimo Marçiori ilin sonuna kimi Google-a rəqib ola biləcək yeni tip axtarış sistemi hazırlamaq niyyətindədir. Layihənin reklam videoçarxında bildirilib ki, bu axtarış sistemində Google ilə müqayisədə 10% daha çox informasiya olacaq və sistem bir neçə digər üstünlükləri ilə də fərqlənəcək.

Hazırda gələcək sayt – Volunia.com təcrübəli istifadəçiləri layihənin beta versiyasını sınaqdan keçirməyə dəvət edir. Axtarış sisteminin birbaşa 12 dildə açılacağı bildirilir.

Professor M.Marçiorinin sözlərinə görə, onun ideyası sadə olsa da, nəhəng axtarış sistemlərindən prinsipial olaraq fərqlənir. Riyaziyyatçı yeni axtarış sistemini ifadəli şəkildə belə təqdim edib – "Əgər Google “dəyənək”dən istifadə edirsə, Volunia — “qılıncoynatma rapirası”ndan yararlanacaq".