Seventeen amerikan jurnalının redaksiyası modelləri daha incə və cazibədar etmək məqsədilə şəkillərdə onların xarici görünüşünü dəyişməməyə söz verdi.


Jurnalın yeni nömrəsində “bədən harmoniyası ilə razılaşma” adlı məqalə dərc olunub, belə ki, redaksiya söz verir ki, modellərin bədən formalarını və üz cizgilərini dəyişməyəcək. Həmçinin Seventeen redaksiyası çəkilişlərə yalnız sağlam qızları dəvət etməyə və jurnalın səhifələrində yaşından, geyim ölçüsündən və dərisinin rəngindən asılı olmayaraq istənilən gənci təqdim etməyə qərar verib.


Həmçinin jurnalın redaksiyası bütün istəyi olanlara Tumblr-da Seventeen bloquna baş çəkməyi təklif edib. Əvvəlcə misal üçün jurnalda iki şəkil dərc olunmuşdur, belə ki, müqayisə nəticəsində məlum olmuşdur ki, şəkillərdə hansı xırda dəyişikliklər baş verə bilər.


Razılaşma ərizədən sonra qəbul olundu, belə ki, on dörd yaşlı amerikan qız Julia Bluhm modellərin şəkillərində edilən fotoşopu qəbul etməyərək jurnala qarşı ərizə yazmışdır. Ərizə - “Qızlara əsl qızların şəkillərini göstərin” başlığı ilə yazılmışdır və bu ərizəyə 80 000-dən çox insan imza atmışdır. Julia Bluhm-un ərizəni verməsindən sonra, baş redaktor Ann Shocket onu jurnalın bir nömrəsindəki işdə iştirak etməyə dəvət etmişdir. Bununla yanaşı, Shocket bundan sonra heç vaxt fotoşop vasitəsilə modellərin bədən formaları və yaxud üz cizgilərini dəyişməməyi israr etmişdir.


14 yaşlı aktiv gənc Bluhm, Glamour jurnalının şəkillərin toxunulmazlığı ilə bağlı qərar qəbul etdikdən sonra Seventeen haqqında ərizə yazmaq qərarına gəlmişdir. İndi Bluhm oxşar ərizəni gənclərin jurnalı olan Teen Vogue haqqında da yazmağı planlaşdırır.


May ayının əvvəllərində Vogue jurnallarının baş redaktorları razılıq əldə ediblər, belə ki, onlar həddən çox arıq və gənc modellərlə işləməməyə qərar veriblər.