Massaçuset Texniki Universitetinin fiziklərinin hazırladığı yeni kamera saniyədə trillion kadr çəkmək və işığın yayılma prosesini vizuallaşdırmaq qabiliyyətinə malikdir. Bunun üçün alimlər elektron-optik kameradan istifadə ediblər. Beləliklə, yeni kamera bir dəfəyə məkanın yalnız bir sətirini” çəkir. Kadrı almaq üçün isə sistem, yarığı mikroskopik məsafədə “çəkərək” məkanın bütün “sətirlərini” ardıcıllıqla qeydə alır. Sonra çəkilişin ləngiməsi bir qədər artır və yeni kadr formalaşır. Bu halda çəkilişin obyekti hər dəfə eyni cür işıqlandırılır — "işıq effekti" kimi impuls lazerindən istifadə olunur. Mürəkkəb optik sistem isə kamera və lazerin sinxron işləməsini təmin edir.