Britaniyanın geyim, ayaqqabı və aksessuar üzrə onlayn riteyleri ASOS bütün il üçün onlayn satış artımını aşağı salıb. Bu açıqlamadan dərhal sonra, London fond birjasında riteylerin səhmlərinin dəyəri 40%-dən çox, təxminən £1 milyard düşüb.


Facemark.az-ın məlumatına görə, bu barədə RBK yazıb.


2018-2019-cu maliyyə ilinin birinci rübündə şirkətin satışları 14% artaraq, 656 milyon funt-sterlinqə (826 milyon dollara) çatıb. Şirkətdən isə qeyd edirlər ki, noyabrda şirkət üçün açar bazarlarda iqtisadi qeyri-müəyyənlik hökm sürürdü. Bu göstəricilərin fonunda ASOS rəhbərliyi maliyyə ili üçün satış üzrə artım proqnozunu aşağı salmalı olub: “Sentyabr və oktyabr aylarında satışlar şirkətin gözləntiləri ilə uyğun gəlirdi.


Amma noyabr ASOS üçün çox vacib aydı, təəssüf ki, bu ay üçün proqnozlar gözləntilərdən olduqca pis oldu. Şirkət üçün əsas bazarlarda iqtisadi-qeyri müəyyənlik ilə yanaşı, istehlakçıların güvəninin zəifləməsi, son illər ərzində onlayn satışlarda azalmanın olmasına gətirib çıxardı”, - deyə şirkətin hesabatında qeyd olunub. ASOS-dan qeyd edirlər ki, maliyyə ili növbəti ilin avqustunda başa çatacaq. Proqnozlara görə, adıçəkilən dövrdə şirkətin satışları təxminən 15% artacaq, amma əvvəlki gözləntilər isə 20-25% olub. Hesabatın yayılmasından sonra, şirkətin qiymətli kağızlarının dəyəri 1/3-ə qədər, təxminən hər səhm üzrə 41,86 funt-sterlinqdən, 27,21 funt-strerlinqə qədər azalıb.


Ekspertlər isə deyirlər ki, Milad ərəfəsində şirkətin satışlarının düşməsi son 4-5 il ərzində ən yüksək həddə çatıb. Britaniya riteylerlərinin vəziyyətinin pisləşməsi təkcə, onlayn deyil, oflayn seqmenti də vurub, deyə ekspertlər bildirir.