“AccessBank” QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.


Bankdan Facemark.az-a verilən məlumata görə, tender avtomobillərin və daşınmaz əmlakın sığortası ilə əlaqədar elan olunub.


Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 201 07 98 nömrəsinə müraciət edə bilərlər.


Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2019-cu il yanvar ayının 16-da başa çatır.