Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının 2018-ci il üzrə nağdsız ödənişlərin inkişafı istiqamətində birgə keçirdikləri müsabiqənin nəticələri elan edilib. Azərbaycan Beynəlxalq Bankı “Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasında 1-ci yerin qalibi olub. 28 fevral 2019-cu il tarixində Mərkəzi Bankda keçirilən mərasimdə mükafat banka təqdim olunub.


Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq xidmətlərini mütəmadi olaraq inkişaf etdirir. Ölkədə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Bankın aktiv plastik kartlarının sayı 1 milyon 300 mindən çoxdur. 762 ATM-i ilə Azərbaycan Beynəlxalq Bankı ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır.


Hazırda müxtəlif ticarət və xidmət mərkəzlərində bankın 12,250 POS-terminalı fəaliyyətdədir. Azərbaycan Beynəlxalq Bankı həm də ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. VISA, MasterCard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər yerində faydalana biləcəkləri geniş çeşidli elektron bank xidmətləri göstərir.


Bankın Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: “Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasının qalibi olmağımız bu istiqamətdə əldə etdiyimiz nəticələrə verilmiş yüksək qiymətdir. Biz bu sahədə layihələrimizi davam etdirməkdəyik. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına bundan sonra da öz töhfələrini verəcək”


Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.