UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə əlaqədar “AtaBank” ASC altı gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.


Beləliklə, Bankın aşağıdakı filialları 27 May – 1 İyun tarixləri aralığında saat 09:00-dan 20:00–dək xidmət göstərəcək:


- “Bakı” filialı: Neftçilər pr., 67; Tel: (012) 437 23 71, 437 23 72


- “Yeni Həyat” filialı: Z.Əliyeva küç., 55; Tel: (012) 598 22 94; 598 22 95


- “Sahil” şöbəsi: Puşkin küç. 9; Tel: (012) 598 11 36


Filialların xüsusi iş rejiminə keçidi mötəbər idman yarışını əhatə edən dövr zamanı həm yerli müştərilərə, həm də xarici turistlərı bank xidmətlərini daha rahat və əlçatan etmək məqsədi daşıyır.


25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.