Cənubi Koreyada dünyada ilk dəfə olaraq yer ətrafı orbitə göndəriləcək fərdi peyk hazırlanıb. Koreyalı rəssam və mühəndis, 34 yaşlı Sun Xodjun öz əlləri ilə hazırladığı nanopeykin gələcəkdə Rusiya raket-daşıyıcısında Baykonur kosmodromundan buraxılacağı gözlənilir. Sunun sözlərinə görə, onun üçün peyk hazırlamaq mobil telefon hazırlamaqdan daha asandır.
Cəmi 500 dollar dəyərində olan yeni aparat insanların öz arzularına necə çata biləcəklərini əyani şəkildə nümayiş etdirir.