Rusiyanın Animakkord studiyası və Çinin ByteDance holdinqi arasındakı razılaşmaya görə, ikinci “Maşa və Ayı” cizgi filminin satış hüquqlarını əldə edib.


Facemark.az-ın məlumatına görə, cizgi filmi ilk dəfə bu ölkənin ərazisində nümayiş olunacaq.


“Maşa və Ayı” cizgi filmi 2020-ci ilin yanvarın 25-də Xigua Video video platformasında göstəriləcək. Adıçəkilən servis uzunluğu 20 dəqiqəni ötməyən videolar təqdim edir.


Animasiya filminin və spin-off məhsul olan “Maşanın nağılları”nın 2 mövsümünün nümayişi Çinin Yeni ilinə uyğunlaşdırılıb. Üçüncü sezonun buraxılması isə 2022-ci ildə nəzərdə tutulub.


Bundan sonra isə serial ByteDance-nin digər platformalarında çıxacaq. Adıçəkilən holdinqə daxil olan Toutiao xidməti də Xigua Video platforması kimi, seriala marketinq dəstəyi göstərəcək.


Xatırlatmaq yerinə düşər ki, ByteDance, həmçinin TikTok platformasının sahibidir. Bu istifadəçilərə musiqili videolar və canlı yayımlar etməyə icazə verir. Bu platforma Çində və dünyada aparıcı video platformalarından biridir.


Qeyd edək ki, bu cizgi filminin Çin bazarına ilk çıxışıdır. Daha əvvəl isə belə razılıq Netflix və 100-dən çox media bazarında əldə edilmişdi. 2019-cu ilin iyulunda “Maşa və Ayı” cizgi filmi YouTube kanalında 4 milyarddan çox baxış əldə etmişdi. “Maşa plyus kaşa” yeganə animasiya çarxıdır ki, hostinqdə belə rekorda çatıb.