Türkiyənin marketinq və dijital üzrə yazarı Funda Güleçin facemark.az üçün yazısı.


IGTV haqqındakı yazımda platforma ilə bağlı yeniliklər ilə və sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.


IGTV 2 yaşında


Instagram, istifadəçilərin video yaratmasına və yükləməsinə icazə verən platforması IGTV-i 2018-ci ilin iyununda istifadəyə vermişdi. IGTV ötən 2 ildə istifadəçilərin paylaşdığı videolar ilə təsirini artırdı. Bundan başqa, şaquli formatda ən çox 10 dəqiqə uzunluğunda videolar yükləməsinə icazə verən platforma, sadəcə 4,2 milyon yükləmə sayına çatdı. Bu rəqəm Instagram istifadəçilərinin ortalama olaraq yarısından azı deməkdir. İstifadəçilərin IGTV-yə olan marağı yenə məhduddur. Ancaq bu vəziyyəti dəyişmək üçün yenilik haqqında düşünülür.


IGTV Nədir?


Instagram TV (IGTV), istifadəçilərin 15 saniyə ilə 10 dəqiqə arasında video yaratmasına icazə verən video platformadır. IGTV, Facebook Messenger Facebook-a bağlı olduğu kimi IGTV də Instagrama bağlıdır.


IGTV-dən istifadə etmək üçün birinci növbədə Instagram hesabınız olmalıdır. Daha sonra isə IGTV platformasını, Google Play-dən, App Store-dan yükləyirik, Instagram hesabınız ilə giriş edirsiniz. Ötən aylarda IGTV-yə üfüqi formatda video da yükləmək mümkün oldu. Platforma bu dəyişikliklər ilə kontent istehsalçılarını yeni məzmun yaratmağa təşviq edir.


IGTV haqqında bilməli olduqlarınız


IGTV-də video paylaşmaq üçün birinci növbədə kanal yaratmalısınız. IGTV kanallarının hər biri, Instagram hesabına bağlıdır. IGTV-də məqsəd, redaktə olunmamış, xammal halında olan videoları paylaşmaqdır. IGTV telefonunuzdan birbaşa çəkiliş etməyinizə, redaktə tətbiqləri ilə videonu redaktə etməyinizə, birbaşa olaraq izləyiciləriniz ilə paylaşmağa kömək olur.


IGTV-yə 9:16 en boy nisbətində şaquli video, və ya 16:9 en-boy nisbətində üfüqi video yükləmək mümkündür. 10 dəqiqəlik və ya daha qısa videolar üçün isə maksimum fayl həcmi isə 650 MB-dır. Daha böyük hesablar və təsdiq edilmiş hesablar 60 dəqiqəyə qədər video paylaşa bilər. Ancaq bu videolar desktopdan yüklənməlidir. 60 dəqiqəyə qədər olan videolar üçün maksimum fayl həcmi isə 3,6 GB dır. IGTV-yə yüklənəcək videoların MP4 fayl formatında olması məcburidir.


IGTV-yə video yüklədiyiniz zaman, layk, şərh, baxış sayı, videonun ortalama baxış sayı, hədəf kütlə tutma trafiki kimi statistikaları göstərir.


IGTV videoları avtomotik olaraq 1 nəfərdən digərinə keçir. Videoları keçmək üçün barmağınız ilə sağa və sola sürüşdürə bilərsiniz.


Bir IGTV videosunu direk mesaj olaraq dostlarınıza göndərə bilərsiniz. Platforma üzərindən paylaşılan video alt mətnlərində həştəq və link bağlantıları aktiv olaraq (klik edə bilən halda) istifadə edilə bilər. Paylaşımlara şəxsləri də tag edə və emojilər əlavə edə bilərsiniz.


IGTV-yə əlavə etdiyiniz videoların 1 dəqiqəlik başlanğıc hissəsini Facebook və Instagram hesablarınızdan paylaşa bilərsiniz. Burada axtarış edə bilər, videoları qaldığınız yerdən izləməyə davam edə bilərsiniz.


IGTV niyə vacib kanaldır?


Fərqli ölçülərdəki IGTV bölmələri, markalara, markaların mesajlarına ən yaxşı uyuşan, maraqlı kontent yaratmağa imkan verir. Marketoloqların artıq bir mesajı tək bir foto ilə məhdudlaşdırması və 24 saat davam edən stories üçün kontent yaratması lazım olmayacaq.


IGTV markaların tanınmasını artırır. Şirkətiniz haqqında bir fikrə sahib olmayan, video izləməyə maraqlı olan kütləni yaxalamaq üçün imkan verir.


Instagramda 18-34 yaş aralığında kütlə mövcuddur. Videolara yeni bir məcradan başlayıb büdcə və enerji sərf etməkdənsə, IGTV üzərindən hekayə və mesajınızı verə bilərsiniz.