Şirkət müxtəlif platformalarda Wildfire Interactive adlı, səhifələrin və əlavələrin idarə edilməsi üçün istifadə olunan proqram əldə edib.
Sazişin şərtləri rəsmən yayılmır. Buna baxmayaraq, ekspertlər maddi yardımlardan əlavə məbləğin təxminən $250 milyon təşkil etdiyini bildirirlər. Nəzərə alsaq ki, Buddy Media, Vitrue, Involver kimi digər böyük oyunçular artıq alınıblar, Wildfire-ın satışı yalnız vaxt məsələsi idi.
"Mürəkkəb və dəyişən dünyada müəssisələr hərtərəfli yanaşma əsasında idarə olunmaq və öz səylərinin nəticələrini ölçmək imkanına malik olmaq istəyirlər. Wildfire-lə müştərilərimiz üçün yeni imkanlar yaradacağıq. Google şirkətin bloqunda prodakt-meneceri Ceyson Miller bildirir ki, ''ən yaxşı məzmun və digər sosial həllər insanlar və biznes üçün şəbəkənin bütün potensialını açmağa yardım edəcək."
Wildfire Facebook üçün marketinq proqramlarının imtiyazlı istehsalçılarından biri hesab olunur. Şirkətin həmtəsisçiləri Viktoriya Rensom və Alyona Çard şirkətin əsasını dörd il bundan əvvəl qoyublar. Orada totalizatorlar üçün əlavələr (proqramlar), istifadəçi müsabiqələri, viktorinlər, kuponlar və sorğular yaradılmışdı.
Wildfire xidmətinin 2011-ci ilində idarə etmə və monitorinq səhifələrinin yaradılmasına qədər genişləndilər. Yaradılmış Wildfire idarə etmə səhifəsi hal-hazırda Google +, Facebook, YouTube, Twitter, LinkedIn və Pinterest ilə əməkdaşlıq edir.
Şirkət Virgin, Cirque du Soleil, Gilt Group, Spotify kimi müxtəlif müştərilərə xidmət edir. Wildfire-də həmçinin Facebook üçün əlavələr yaradılmışdır. Həmçinin bu ilin əvvəlində Facebook siyasətində təklif edilən dəyişikliklərin qiymətləndirilməsi üçün istifadə olunan səsvermə əlavələri (proqram) yaradılmışdır.
İlkin olaraq, Google-da Buddy Media alış-verişi maraqlı olsada,daha sonra şirkət Salesforce-a satılmışdı. Buddy Media-dan fərqli olaraq, Wildfire API Facebook Ads girişinə malik deyil. Hərçənd Google-da məhz platformanın bu aspektin nə qədər anlaşılmaz olması maraqlı olaraq qalır. Lakin Wildfire alınması ilə, Google məşhur platforma və satışların böyük bölməsini əldə edir. Wildfire öz müştərilərinə reklam xidmətlərinin verilməsi üçün Adaptly-la işləyir.
Google bildirdi ki, "Zamanla Wildfire və Google kombinasiyası ən yaxşı platformanı rəqəmli media marketinqi yaratmağa imkan yaradacaq."Sazişdə bildirirlir ki, Wildfire həmişəki kimi işləyəcək və xidmətdə və ya müştərilərin dəstəyində heç bir dəyişiklik planlaşdırılmır.