Snapchat sosial şəbəkəsi storiesdə nümayiş edilən reklam elanının yeni formatını təklif edir.


Facemark.az xəbər verir ki, bu haqda Search Engine Journal yazır.


Belə ki, indi reklamverənin saytına keçid linkinin yerinə, Swipe Up to Call/ Swipe Up to Text mesajı görünəcək.


Yeni reklam blokunun mənası odur ki, indi potensial müştərilər üçüncü tərəf saytlara keçid etmədən, birbaşa şirkət ilə əlaqə saxlaya biləcək.


Güman edilir ki, belə format ilə şirkətlər başqaları ilə daha sürətlə sazişlər bağlaya biləcək, eyni zamanda müştərilərə daha çox fərdiləşmiş yanaşmanı təqdim edəcəklər.


Bildirilir ki, reklamın yeni format artıq Snapchat Ad Manager üzərində əlçatandır. Bunun üçün Instant Create-in köməyi ilə kampaniya yaratmaq və sonra hədəf kimi Calls & Texts-ı seçmək lazımdır.