facemark.az marketinq və satış üzrə ekspert Famil F. Almammadov ilə dünyada və ölkədə müşahidə edilən böhranın (koronavirus epidemiyasının sürətlə yayılmasına görə, bir çox müəssisəslərin bağlanması) satışlara təsiri ilə bağlı müsahibə hazırlayıb.


- Famil bəy, böhran, hazırki krizis dövründə satışın mənzərəsi və nə gözləniləndir?


“Satışın mənzərəsini hazırda təsvir etmək bir qədər qəlizdir. Çünki böhranın nə qədər dərinləşəcəyi hələ ki məlum deyil. Ona görə çətinlik çəkirəm. Lakin reallığa yaxın təxminlər vermək olar. Gündəlik tələbat mallarının satışlarında hazırda demək olar ki ən azı 3-5 dəfə artış var.


Digər sahələrdə isə yəni tələbat elə də yüksək olmayan, qida rasionunda təsiri elə də hiss olunmayan məhsullarda isə təqribən 3 dəfə düşüşlər olacaq. İstənilən halda hər ikisi də bizə problem törədəcək. Gündəlik tələbat mallarında satışların proqnozlaşdırılandan 3-5 dəfə artıq olması şirkətlərdə məhsul qıtlığı (stock out), digər məhsullarda da anbarda proqnoz verilənlərdən daha çox məhsul yığılacaq. (Stock over). Bu problemlər böhranın miqyası bizə bəlli olmayana qədər davam edəcək.


- Bir çoxları deyir ki, böhran e-ticarət üzrə satışların artımına səbəb olacaq. Bəs sizcə, krizis ölkəmizdə e-ticarət sisteminə necə təsir edib?


Əslində böhran online satış sektoruna da təsirsiz ötüşmədi. Ona görə ki, online satışla məşğul olan bizneslərin əsas tədarükçüsü də məhz Çin idi.


Xəstəlik yayılmağa başlayanda online bizneslər əsas tədarükçüləri olan Çini demək olar ki, qeyri müəyyən vaxta itirdilər. Ona görə ki, istehlakçılar psixoloji panikaya düşdülər və bundan da online bizneslər böyük həcmdə sifariş itirdilər və itirməkdə də davam edirlər.


Hazırda bu sektorda inkişaf hələ ki qida və əsasəndə restoran sektorunda hiss olunur. Burda da məsələ ikibaşlıdır.


1. Obyekti olanlar və vaxtında online biznesə bir o qədər önəm verməyənlər. Hansı ki bunlar hazırda ən çox zərər görən biznes sahələridir. Belə bir vəziyyətdə onlayn üzərindən işlərini səhmana salmağa çalışırlar.


2. Obyekti olmayan, lakin bazarın sabit dönəminlərində bütün gücünü onlayn biznesin inkişafına sərf edənlər. Hazırda bunlar öz sektorlarında demək olar ki elə də ciddi problemlərlə üzləşmirlər.


Onlayn bizneslər də offline bizneslər kimidir. Sadəcə bunlarda məsələ bir az qəlizdir. Çünki onlayn bizneslər, həm tədarükçülərini itirirlər, həm də virus qorxusundan müştərilər sifarişlərini durdururlar”.


Qeyd edək ki, facemark.az böhran dövründə marketinq, yaradıcılıq, influencer marketinq, biznes, dijital, satış bu sahələr üzrə ayrı-ayrı mütəxəssislərdən rəy alacaq.