facemark.az "Fil Agency"nin əməkdaşları ilə "böhran dövründə iş" mövzusunda müsahibəsini təqdim edir.


1. Dünyadakı və ölkədə son proseslər çox sürətlə dəyişir, bura iş rejimi də daxildir. Artıq bu gün üçün məsafəli çalışma, onlayn rejimdə çalışma kimi ifadələr prioritetdir. Hətta hər gün ağ köynək, qalstukda işə gedənlər üçün də bu gözlənilməz dəyişiklikdir və adaptasiya olmaq çətindir. “Fil Agency”nin əməkdaşı olaraq, bəs siz onlayn rejimə necə uyğunlaşdınız?


- Komanda lideri, Aytən İsmayılzadə: “Son 2 ayda evdən işləmək bir çox şirkət və şəxslərin seçiminə çevrildi. Eyni zamanda, “Fil Agency” şirkəti olaraq biz də belə etdik. Bunun bəzi mənfi cəhətləri olsa da disiplin yaradaraq və vaxtı düzgün idarə edərək doğru bir şəkildə etdikdə bu mənfi cəhətlərin bir qisminin öhdəsindən gəlmək olur. Evdən işləmək hər kəs üçün ideal bir plan olmasa da işləmək məcburiyyətində qaldığınızda da bu vəziyyəti ən məhsuldar hala gətirməlisiniz. Biz sağlamlığımızı ön planda tutub birbaşa keçid etdik və Bitrix24. sistemindən istifadə etdiyimiz üçün bizim üçün işləmək rahat və olduqca maraqlıdır”.



- Account menecer, Nigar Qurbanzadə: “Öncə qeyd edim ki, belə bir karantin rejimində olmaq heç xoş təsir bağışlamır insana, insan özünü qəfəsdə, sanki döyüşün ortasında silahsız qalmış kimi hiss edir. Lakin düşünürəm ki, müvəqqəti çətinlikdir və ümidlərimi öldürməməyə çalışıram. Onlayn rejimdə çalışmaq baxımından deyərdim ki, çətinlik çəkmədim tək bir nüans ölkə üzrə internetlə yaranmış problemin olmağıdır”.


- facemark.az-ın redaktoru, Ülviyyə Əlizadə: “Məncə, belə dövrlərdə insanların özlərini məşğul və fəaliyyətdə hiss etməsi çox vacibdir. Psixoloqlar da tövsiyə edir ki, motivasiyada qalmaq çox vacibdir və offlayn çalışmaya hazırlaşdığınız kimi, onlayn rejimə də elə hazırlaşmalısınız. Mən də bu qaydaya əməl edirəm, normal iş rejimi kimi fəaliyyətimi davam etdirirəm, yenə də saat 06:30-da oyanıram. Əlbəttə, komanda yoldaşlarımın da dediyi kimi, agentliyimizdə neçə illərdir ki, istifadə edilən Bitrix24. sistemi üzərindən çalışmağımız, işləri planlamağa və vaxtında icra etməyə kömək olur. Yəqin ki, rəhbərliyimiz də gələcəyi təxmin edərək belə rahat və asan həlli bizə təklif edib. Yadımdadır, bu sistem yeni təklif ediləndə bir çoxumuz, onun üzərindən işləməyin çətin olacağından ehtiyat edirdik. Amma maraqlıdır ki, bu gün bir çox rəqib agentliklərdə də bu sistemdən və ona oxşarlarından istifadə edirlər ”.



- Marketinq menecer, Milli Marketinq Forumunun layihə meneceri, Sevinc Şabanova: “Əslində bizim iş daha çox dijital yonümlü olduğu üçün Bitrix24. proqramı üzərindən işlədiyinimiz üçün elədə fərq yoxdur. Ya evdə işlədik, ya ofisdə. Onzuda ofisdə işlədiyimiz zamanlarda da onlaynda idi işimiz, evdə işlədiyimiz zamanda da”.


- Account menecer, Bəyim Rəsullu: “Düzünü desəm, onlayn rejimə keçmək o qədər də çətin olmadı, bizim üçün. Çünki, əvvəldən işlərimizi sistemli şəkildə planlayıb, görürdük və bunun üçün dijital alətlərdən biri olan Bitrix24. sistemindən istifadə edirik. Gündəlik olaraq, hər birimiz təyin olunmuş deadline-lara əsasən, işlərini tamamlayıb, bitiririk. Təbii ki, işini gecikdirən, tamamlamayan əməkdaşın faizi aşağı düşür, nəticədə səmərəliliyə təsir göstərir. Amma hamımız maksimum çalışırıq ki, heç bir iş gecikməsin və vaxtında tamamlansın, xüsusilə də bu günlərdə. Təbii ki, ofisdə işləmək daha maraqlıdır, həm uşaqlarla bir arada olmaq, həm də müştərilərlə birbaşa kontaktda olmaq üçün. Yenə də, dijital alətlər vasitəsilə, onlayn görüşlər təşkil edib, işlərin gedişatı ilə bağlı müzakirələr edirik”.



- Kopirayter, Ceyhun Ənvər: “Mən Sumqayıtda yaşadığım üçün indi işə daha çox vaxt ayıra bilirəm. İşə gələrkən tıxaclarda və yolda xeyli vaxt itirirdim. Əvvəl də bütün işlər onlayn, Bitrix24. üzərindən aparılırdı. Karantindən öncə və indi arasındakı tək fərq odur ki, əvvəl bir otaqda idi bütün komanda, hal-hazırda isə hər kəs ayrı-ayrı otaqlarda (evində) oturub. Hə bir də ki, indi Şükür (dizaynerimizi nəzərdə tutur-red.) məni çağıra bilmir zəng edir”.


- Kopirayter, Ziya Zeynallı: “Onlayn rejimdən daha çox məhz işə gəlməyib, evdən işləmək çətinliklər yaşadır, belə ki, ev və iş atmosferləri şəxsən mənim üçün tam fərqli atmosferlərdir. Öyrəşmişəm ki, evdə istirahət edib, öz istədiklərimlə məşğul olum, bundan əlavə də evdə olarkən, adamın istər-istəməz fikri yayınır. Doğrudur, onlayn rejimin üstünlükləri də var, ancaq bu məndən asılı olan bir şey olsaydı – hər gün işə gələrdim”.


- Motion dizayner, Mircavad Fətullayev: “Bitrix24. sistemi üzərindən çalışmağımız işləri planlı idarə etməyimizə kömək olur. Digər tərəfdən də, həmkarlarımın çoxu frilanser çalışmağa üstünlük verdiklərindən, evdə avadanlıqları mütləq olur. Qısası, işimiz kompüter qabağındadır, avadanlıqlarımız (Premier, After effect, Photoshop, Illustrator) da kompüterdədir.


Ona görə də, onlayn rejimə keçiddə heç bir problemlə üzləşmədim. (Motion dizaynerlərin bəzisi adətən az danışıb, çox iş görməyə çalışırlar, ona görə də Mircavadın-Komanda yoldaşlarının dili ilə desək Mirinin cavabları daha qısa olub-red. )”.


- Dizayner, Etibar İsmayılov: “Müştərilərdən gələn tapşırıqları eyni qaydada icra edirəm. Əlbəttə ki, Bitrix24. sistemi işləri planlı və deadline-ları gecikdirmədən, prioritetləri öncədən müəyyən etməyə kömək olur. Ofisdən fərqli tək nüans odur ki, indi evdə sahə üzrə oxumaq, araşdırma etmək üçün daha çox vaxt olur. Yolda itirdiyim vaxtı özümüinkişafa ayırıram. Dizayn işi komanda ilə birgə müzakirənin nəticəsi olaraq ortaya çıxır. İndi belə müzakirələri üzbəüz edə bilməsək də, onlayn icra edirik”.


- Fotoqraf, Ruslan Məmmədov: “Artıq həftələrdir ki, onlayn rejimində çalışırıq.Tapşırıqları Bitrix24 sistemi üzərindən alıram. Daha sonra isə onları icra edirəm. Məsələn,ölkədə karantin rejimi gücləndirilməsinə qədər, məhsul çəkilişləri zamanı müştərilərin ofislərinə getmək lazım olurdu. Əlbəttə ki, belə çəkilişlər zamanı, həm özüm, həm də müştərilər ehtiyatlı hərəkət edir, tibbi maska, əlçəkdən istifadə edirdik”.


2.Analitiklər deyir ki, koronavirusun epidemiyasından dolayı bir çox şirkətlər reklam büdcələrini azaldacaqlar. Məsələn, “Coca-Cola” kimi nəhəng bir şirkət, İngiltərə, Almaniya, indi isə qonşu ölkə Türkiyədə reklam fəaliyyətlərini 1 aylıq müvəqqəti dayandırıb. Bəs siz, çətin dövrdə müştərilər ilə münasibətdə nəyə fikir verirsiniz?


- Komanda lideri, Aytən İsmayılzadə: “Hazırda dünyada dəyişikliklər çox sürətlə davam edir. Bu vəziyyətdə, fərqli düşünürük, risk alırıq, partnyorun ehtiyaclarını öyrənib buna uyğun yeni məhsul və xidmət təqdim edirik. Operativlik əsasdır”.


- Account menecer, Nigar Qurbanzadə: “Mərhələli yox birbaşa keçid etdik. Bitrix24. üzərindən işləyirdik onsuz”.



- facemark.az-ın redaktoru, Ülviyyə Əlizadə: “Düzdür, işimizin aspekti fərqli olduğundan, account menecerlər kimi müştərilər ilə daim kontakta olmuram. Amma çalışıram ki, facemark.az-la əməkdaşlıq edən, istənilən yazarın, müsahibin geridönüşlərinə vaxtında cavab verim. İşimi sevdiyimdən bu mənə zövq verir”.


- Marketinq menecer, Milli Marketinq Forumunun layihə meneceri, Sevinc Şabanova: “Daha çox müştəriyə yeni həllər təklif edirik, doğrudur onlarada çətindir bu zamanlar amma bizim müştərilər hal-hazırda özləridə onlayn rejimdə çalışırlar deyə bir-birimizi başa düşə bilirik. Yeni kampaniyalar, yeni işlər təklif edirik”.



- Account menecer, Bəyim Rəsullu: “Virus nəinki insanlara, həmçinin bizneslərə də ciddi təsirlər edir, böhran vəziyyətinə gətirib çıxarır. Bir çox şirkətlər bu vəziyyətdə çıxış yolu tapa bilməyib, geri çəkilir, bəziləri isə bunu fürsətə çevirib, yeni həllər yolu ilə vəziyyətdən çıxmağa çalışırlar. Fil reklam agentliyi olaraq, müştərilərimizə daim gündəmdə olan mövzulara uyğun təkliflər hazırlayıb, təqdim edirik. Mağaza şəklində fəaliyyət göstərən müəssisələri onlayn platformaya daşıyıb, dijital imkanlardan maksimum istifadə edirik”.


- Kopirayter, Ceyhun Ənvər: “Müştəri ilə tez-tez görüşlərimiz olurdu. Bu görüşləri təxirə salmırıq, amma onlayn video zəng vasitəsi ilə edirik. İlk təcrübəmiz çox məhsuldar alındı hətta. Eyni zamanda, obyektləri müvəqqəti bağlanan müştərilərimizə onlayn satışa keçmələrini məsləhət gördük. Hal-hazırda həmin markaların müştəriləri ilə arasındakı onlayn kommunikasiyalarını gücləndiririk”.



- Kopirayter, Ziya Zeynallı: “Müştərilərə gəldikdə, çalışıram ki, maksimum dərəcədə onların istədiklərini yerinə yetirib, bizə bir reklam agentliyi kimi maraqlarını itirməsinlər. Əksinə indiki vəziyyətdə belə onlar bizə lazım olan vacib bir investisiya kimi baxsınlar. Adətən büdcəsini azaltmağa çalışan hər bir biznesmen əvvəla ona ən az lazım olan nəyisə işdən azad etməyə çalışacaq. Məhz buna görə əvvəlkindən iki dəfə daha böyük səylər göstərməyə, maraqlı, kreativ və müştərilərin işinə pozitiv təsir edəcək təkliflər verməyə çalışıram”.


- Motion dizayner, Mircavad Fətullayev: “Gələn tapşırıqları planlı, məsuliyyətli və operativ yerinə yetirməyə çalışıram. Belə, məncə ən əsası, nə müştərilərimiz, nə də rəhbərlik tərəfdən narazılıq olmur. Yaranan ideyalarımı yaradıcı komanda ilə bölüşür, birlikdə müzakirə edir, daha sonra müştəriyə təklif edirik”.


- Dizayner, Etibar İsmayılov: “Məncə, bütün müştərilər brifləri üzrə reallaşan işləri sevirlər. Çalışıram müştərilərin işlərini vaxtında və keyfiyyətli şəkildə hazırlayım”.


- Fotoqraf, Ruslan Məmmədov: “Müştəri nə deyirsə haqlıdır”.


3. Məsafəli çalışma sistemində rəhbərliyin üzərində ikiqat iş düşür. Bəs siz, rəhbərlik ilə komanda arasında işin tənzimlənməsi keyfiyyətindən razısınızmı?


- Komanda lideri, Aytən İsmayılzadə: “Bu qarşılaşmış olduğumuz ilk karantin vəziyyətidir və maksimum çalışdıq ki, həm onlayn fəaliyyət göstərək, həm də işləri vaxtında çatdıraq”.


- Account menecer, Nigar Qurbanzadə: “Bəli, düşünürəm ki rəhbərlik ən doğru şəkildə işlərimizi tənzimlədi. Sağlamlığımızı əsas götürərək ilk gündən bizə onlayn rejiminin mümkünlüyünü təklif etdi və komanda ilə birlikdə çalışaraq birbaşa adaptasiyalarımızda köməkçi rolunu oynadılar”.


- facemark.az-ın redaktoru, Ülviyyə Əlizadə: “Rəhbərlik işimiz üzrə istiqamət və ideyalar verir. Eyni zamanda, hər zaman çalışır ki, çətin situasiyada belə çalışanlar ilə birinci xoş xəbəri paylaşsın. Bu qayda, artıq Agentliyimizdə adət halına gəlib”.


- Marketinq menecer, Milli Marketinq Forumunun layihə meneceri, Sevinc Şabanova: “Hal-hazırda bizdə rəhbərlik və işçi ayrı seçkiliyi yoxdur, hamı eyni çalışır hamıda eyni yük var, yeri gəlsə rəhbərlik bizə ideya da verir, postlarda da kömək edir, reklamda qoyur bizimlə birlikdə. İndiki çətin zamanda hamı bir olmalıdır, yalnız bizim işdə yox bütün işlərdə rəhbərlər öz əməkdaşlarının yanında olub dəstək olmalıdırlar”.


- Account menecer, Bəyim Rəsullu: “Məsafəli çalışma zamanı təbii ki, bir sıra çətinliklər də yaşana bilir. Belə hallarda,rəhbərliklə müzakirə edib, yoluna qoymağa çalışırıq. Bu rejimdə hətta normaldakı iş saatımızdan əlavə müştərilərlə saatın neçə olmasında baxmayaraq, axşam saatlarında belə, danışıqlar aparırıq. Hər iki tərəf üçün effektivliyi qorumağa çalışırıq”.


- Kopirayter, Ceyhun Ənvər: “Bəli. Hər şey ofisdəki iş planlaması ilə eyni davam edir”.


- Kopirayter, Ziya Zeynallı: “Məsafəli çalışmaq ümumi olaraq bütün komandaya çətin gəlir, belə ki, ofis daxilində iki dəqiqəyə rahatlıqla başqa insana başa salınan və soruşulan bir şey onlayn rejimdə uzana bilər. Rəhbərliklə komanda arasındakı münasibətə gəldikdə isə, məncə rəhbərlik həm onlayn, həm də real iş zamanı keyfiyyətini eyni saxlayır. Narazılığım yoxdur”.


-Motion dizayner, Mircavad Fətullayev: “İşdə də məsafəli işləyirdik (zarafat edir-red. ), yəni heç bir fərqi yoxdur”.


-Dizayner, Etibar İsmayılov: Düşünürəm biz də rəhbərlik anlayışı yoxdur, istənilən çətinliyimizdə rəhbərliyin “qapısını” döyə bilərik. Hər an dəstək olmağa hazırdırlar. İndi bunu onlayn qaydada etmə şansımız olmasa da (gülür-red. ) Bitrix.24-in mesaj bölməsindən, messencer, whatsapp qrupumuzdan, mesaj, zəngdən və s. alətlərdən istifadə edirik.



- Fotoqraf, Ruslan Məmmədov: “Həm onlayn, həm də offlayn qaydada münasibətlərdə heç bir dəyişiklik yoxdur. Hər şey öz axarında gedir”.


4. Onlayn rejimə hələ də adaptasiya olmayan şirkətlərin əməkdaşlarına nə kimi tövsiyəniz var? Zəhmət olmasa, öz təcrübənizi bölüşərdiniz.


- Komanda lideri, Aytən İsmayılzadə: “Komanda fərqli fərdləri, fərqli istedadları və fərqli sahələrdə ixtisaslaşmış insanları toplayaraq formalaşır. “Fil Agency”də ən sevdiyim dəyərlərdən biri müştəri məmnuniyyətinin daima prioritet olmasıdır. Keyfiyyətli və operativ olmaq məsuliyyətimizdir. :) Henri Ford-un belə bir deyimi var: “Lider olmaq üçün hansısa vəzifədə olmağa ehtiyac yoxdur”.


- Account menecer, Nigar Qurbanzadə: “İnsan istədikdə, səy göstərdikdə hər bir işin öhdəsindən lazımınca gəlməyə qadirdir. Lakin birbaşa keçid bəzən çətinliklər yaşada bilər, bunun üçün tövsiyə edərdim ki, hər bir şirkət gələcək riskləri nəzərə alaraq, sistemi 2 istiqamətli qurmalıdır. Ehtiyac olduğu təqdirdə işçilərinə onlay rejimlə bağlı təlimlər keçməlidirlər.İndiki halda isə mərhələli keçid edərək bu rejimlə ayaqlaşa biləcəklərini düşünürəm. Həm də bir şirkətdə komanda ruhu varsa, zatən mümkünsüz deyilən heç nə yoxdur”.


- Marketinq menecer, Milli Marketinq Forumunun layihə meneceri, Sevinc Şabanova: “Online rejimə keçmək elədə çətin deyil sadəcə öz işcilərini sistemləşdirib rahat işi görə bilərlər, onsuz da indi ki zamanda heç kim müdürün qapısın döyüb içəri girib nəsə demir hamısı online həll edirlər, ona görə qorxmadan rahat evdən də idarə etmək olur necə ki biz bacarırıq demək hamı da bacara bilər”.


- facemark.az-ın redaktoru, Ülviyyə Əlizadə: “Başa düşürəm çətin ola bilər, amma özünüzü daim motivasiyada saxlamaqda fayda var. Məsələn, kənardan aldığınız neqativ xəbərləri özünüzdən uzaqlaşdırmağınız yaxşı olar. (Məsələn, sosial mediada gündəm ilə bağlı insanlarda çaşqınlıq, gərginlik yaradan informasiyalar görürük. Çalışıram ki, sosial media üzərindən insanların belə paylaşımlarında azda olsa həssas olmağa çağırım. Fikirlərimə qüvvət üçün isə mütəxəssislərdən kömək alıram. Bunu müsahibə formasında insanlara çatdırıram). Xatırlayın, bir gün bu çətin dövrlər keçəcək, geriyə baxanda Sizə qalanın sadəcə stress və gərginlik olduğunu görəcəksiniz. Həyatınıza bir geri dönüb baxın, nə qədər belə zamanlar olub. Sonra hər şey geridə qalıb. Ona görə də, işlərinizə fokuslanmaqda fayda var”.


- Account menecer, Bəyim Rəsullu: “Düşünürəm ki, onlayn rejimə keçmək reklam agentliklərinin adaptasiyası üçün o qədər də çətin olmaz, əsas planlı şəkildə işlərin gedişatını həyata keçirirlərsə, təbii ki. Yoxsa, bu rejimdə işləmək çətin ola bilər. Bunun üçün də, onlarla dijital alətlər var, hansı ki, sistemli şəkildə çalışıb, işləri tamamlamaq olar.


Ən əsası, bu çətin vəziyyətdə bir-birimizə anlayış göstərib, çalışmaq lazımdır. Özünüzü qoruyun, hər şey düzələcək!”.


- Kopirayter, Ceyhun Ənvər: “İşlərini saatlara, günə görə planlasınlar və həmin qrafik üzərindən davam etsinlər”.


- Kopirayter, Ziya Zeynallı: “İndiki vəziyyətdə zənnimcə bütün şirkətlər onlayn rejimə keçməli və adaptasiya olmalıdır. Əks halda, xəstəlik sürətini azaltmayacaq və hamımız daha da uzun müddət ərzində evdə oturmalı olacağıq – bunu isə heç kim istəmir. Üstəlik onlayn rejimə adaptasiya olmaq heç də çətin deyil. Doğrudur, bütün şirkətlərin iş prosesi və gördükləri işlər fərqlidir və biz reklam agentliyinin əməkdaşları olduğumuzdan bir az bu işlərdə daha təcrübəliyik və işimizin böyük parçası elə onlaynda keçdiyindən bizim işimiz o qədər də çətin deyil. Ancaq məncə başqaları da çalışıb, asanlıqla olmasa belə sonda buna nail ola bilərlər”.



- Motion dizayner, Mircavad Fətullayev: “Başqa variantın yoxdu adaptasiya ol!”.


-Dizayner, Etibar İsmayılov: “Çalışın, sadəcə işinizə adaptasiya olun. İşin içində olduqdan sonra, onun offlayn və onlaynda icra edilməsinin heç bir fərqi olmur. Yaradıcı insanların çöldə hava alması vacibdir. Tək çətinliyim budur, amma bunu da ajandamı alıb, eyvana çıxmaqla kompensasiya edirəm. Yeni gələn ideyaları ora yazıram. Qısası, işinizi və özünüzü sevin, hər şey düzələcək!.”.


- Fotoqraf, Ruslan Məmmədov: Çalışın dijital alətlərdən maksimum faydalı istifadə edin. Əgər istifadə edə bilmirsinizsə, “Fil Agency” sizə hər zaman kömək olmağa hazırdır.


Hər kəsə işlərində bol qazanclar arzu edirik!