Türkiyənin ən məşhur geyim markalarından biri olan kığılı internet saytı üzərindən market satışlarına başlayıb. Belə ki, saytlarında makarondan tutmuş, bulğur, düyü, yağ, tomat pastası; nə istəsəniz var.


Facemark.az xəbər verir ki, kişi geyim markasının yeni ticarət həmləsi ilə hər kəsdə təəccüb doğurub.


Bildirək ki, dünyanı təhdid edən koronavirus epidemiyası pərdakəndə sektoruna ciddi təsir etsə də, market məhsullarına tələbatı artırıb.


Yüksələn tələbatdan dolayı fürsəti dəyərləndirmək istəyən Kiğılı geyim məhsullarının olduğu saytdan market məhsulları da satmağa başlayıb.


Bundan başqa, nəm salfet, uşaq bezləri, təmizlik məhsulları kimi gigiyenik ləvazimatları da Kığılının veb saytından tapmaq mümkündür.


“Kiğılı”dan gələn açıqlama isə belə olub: “Türkiyənin evdə bir əskikinin qalmamasını istədik”.