Normal şərtlər çərçivəsində 22-26 İyunda reallaşan, ancaq koronavirusdan dolayı Oktyabr 2020-ci ilə təxirə salınan Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı ləğv edildi.
Facemark.az-ın məlumatına görə, festivalın təşkilatçıları tərəfindən edilən açıqlamaya görə, Cannes Lions 2020 bu il keçirilməyəcək. Bir sonrakı festival qarşıdakı il 21-25 İyun tarixlərində olacaq.
Festival tərəfindən edilən açıqlamaya görə, koronavirus epidemiyasının marketinq, yaradıcılıq, media sektorları üzərində təsirləri var. Bunun nəticəsində şirkətlər prioriteti çalışanların sağlamlığına diqqət ayırmağa və müştərilərinə xidmət verməyə, iqtisadiyyatın qorunması istiqamətinə yönəldib.
Festivalın ləğv edilməsi ilə bağlı isə partnyorlar və müştərilər ilə aparılan genişmiqyaslı müzakirələr çərivəsində qərara alınıb. Qərara, həmçinin festivalın təşkili və mükafatların paylanması zamanı yaranacaq şübhələri dəf etmək üçün alındığı da vurğulanıb.
Cannes Lions-un rəhbəri Philip Thomas deyib ki, onun təməlində hər zaman yaradıcılıq və Aslanlar yer alıb: “Ancaq son zamanlar marketinq və yaradıcı sektor başqa problemlər ilə mübarizə aparır. Builki festivalı ləğv etməklə, onun haqqındakı spekulyasiyalara nöqtə qoyacaqlarını deyib. Thomas, ağıllardakı sual işarələrinə də nöqtə qoymaq üçün mümkün olduğu qədər qərarı erkən almağa cəhd etdiklərini əlavə edib.
Xatırladaq ki, daha öncəki yazımızda qeyd etmişdik ki, dünyanın qabaqcıl agentlikləri festivalda iştirak etməkdən imtina edib.