15 avqustda qeydiyyata açılan “Felis Azərbaycan Mükafatları”na avantajlı müraciət üçün son tarix 22 sentyabrdır.


Türkiyədə 19 ildir ki, reklam və marketinq sahəsinin nəbzini tutan “Felis Mükafatları” 2024-cü ildə ikinci dəfə Azərbaycandadır. Oyun dəyişdirən, maraqlı və effektiv layihələrin 7 bölmə üzrə dəyərləndiriləcəyi "Felis Azərbaycan"da 15 avqustda başlayan müraciət müddəti 7 oktyabra qədər davam edəcək. Avantajlı müraciət qiymətlərindən yararlanmaq üçün isə son tarix 22 sentyabrdır.


“Felis Azərbaycan” “Advertising Campaigns”, “Design & Branding”, “Digital & Mobile”, “Film”, “Film Craft”, “Media” və “Outdoor” olmaqla 7 əsas bölmədən ibarətdir.


“Advertising Campaings”, “Film” və “Film Craft” bölmələrinin jüri prezidentliyini “WPP” şirkətində “Chief Entertainment Officer” və “Ogilvy 4129” şirkətində “Chief Creative Officer” kimi çalışan Sami Basut, “Design & Branding” və “Outdoor” bölmələrinin jüri prezidentliyini “Code Academy”də qrafik və UX/UI dizayn instruktoru olan müəllif Rizvan Bağırlı, “Digital & Mobile” və “Media” bölmələrinin jüri prezidentliyini isə “Azərlotereya”da “Chief Marketing Officer” kimi fəaliyyət göstərən Dilarə Bəylərova aparacaq. Jüri nümayəndələri isə Azərbaycanda reklam və marketinq dünyasının aparıcı şəxslərindən ibarət olacaq.


“Felis Azərbaycan”ın mükafatlandırma mərasimi 7-8 noyabr tarixlərində Haliç Konqres Mərkəzində “Brand Week İstanbul 2024” çərçivəsində keçiriləcək.


Ətraflı məlumat üçün: https://felisazerbaijan.com/