Hər məsələdə eyni fikrə gəlməyə ehtiyac yoxdur?!

HBR-da bu gün maraqlı bir fikrə rast gəldim. Deyir ki, bəzi qurumlar ehtiyac olmadığı halda bütün məsələlərdə fikir birliyinə ehtiyac hiss edir. Və nəticədə hamının ortaq qərarını almaq üçün uzun və çoxsaylı iclaslar, qərarsızlıq və gecikmə yaranır.

Həqiqətən də təcrübədən də görmüşəm ki, bir çox hallarda düz bildiyini həmən icra etmək, onu uzun müddət müzakirə edib qismən daha yaxşı nəticə almaqdan daha üstündür. Ən güclü silah zamandır. Zamanda udursansa, başqa amillərdə qismən itirməyə razı olmaq olar.


Rafiq Hunaltay