Şəkəri necə məhdudlaşdırmaq olar?
1. Dietinizə kompleks karbohidrat əlavə edin
Şirniyyat sürətlə orqanizmdə sadə şəkərlərə parçalanır və bədəni yeni enerji mənbələri axtarmağa məcbur edir. Taxıl məhsulları da nəticədə bədəndə kiçik şəkərlərə parçalanır, ancaq bu proses şirniyyatdakı kimi tez baş vermir. Nəticədə, siz yeni enerji mənbələri axtarmalı olmursunuz.
2. Şəkər qəbulunu tədricən azaldın
Çayı əgər əvvəllər 3 küp şəkər ilə yeyirdinizsə, bu dəfə onun sayını 2-yə, daha sonra isə 1-ə endirin. Növbəti şəkəri götürməyə isə cəhd etməyin. Tortu qabağınıza qoyub tək yeməyin, onu yaxın bir rəfiqəniz və ya dostunuz ilə bölüşün. Yaxud bura tortun yarısının yarısı da ola bilər. Beləliklə, siz şirniyyatdan zövq alacaqsınız, amma şəkərin qəbulunu da 2 dəfə azaltmış olacaqsınız.
3. Şirniyyat istehlakını mənalı edin
Qaçan zaman dondurma, kompüter arxasında isə konfet yeməyin. Belə ki, siz şəkərin qəbulundan zövq almayacaqsınız və daha çox şəkər qəbul etmiş olacaqsınız.
4. Şirniyyat, yeməklə bağlı rituallardan imtina edin
Məsələn, iş yoldaşları ilə çay fasiləsi, teatr yeməkxanasında çay ilə keksin qəbulu və s. Şirniyyatın qəbulunu, onunla heç bir əlaqəsi olmayan başqa bir fəaliyyət ilə əvəzləyin .
5. Özünüzü şəkər ilə mükafatlandırmayın
Hər kəs bilir ki, bu sağlam olmayan davranışdır. Məsələn, siz vacib bir layihəni başa vurursunuz və bunu qeyd etmək üçün tort alırsınız. Bundan sonra isə siz ani stress anında şirniyyat qəbul edirsiniz. Çünki bu artıq çoxdan sizdə uğur və sevinclə assosiasiya olunur.
6. Şirniyyatdan uzaq durmaq üçün yollar düşünün
Məsələn, 10 dəfə oturub-dura bilərsiniz. Yaxud xarici bir dildə 10 sözü yenidən təkrar edə bilərsiniz. Çox ehtimal ki, fiziki və zehni fəaliyyətdən sonra siz şirniyyatın qəbulu haqqında düşünməyəcəksiniz.
7. Şəkərli içkilər əvəzinə su için
Məsələn, bir Cola bankasında 39 qram şəkər var. Bu isə bir kişinin ortalama şəkər qəbulunun yarısından çoxudur. Bir stəkan portağal suyunda isə 33 qram şəkər var.
8. Etiketi oxumağa başlayın
Şəkər gözləmədiyiniz bütün məhsulların içərisində var. Söhbət məsələn gedir, myüsli desertindən, şirin sıyıqdan, ketçup və s. gedir. Onları tərkibində şəkər olmayan alternativlər ilə əvəzləyin.
9. Aclıq hissini nəzarətdə saxlayın
Çox ac olmadığınız müddət ərzində nə yediyinizi nəzarətdə saxlamaq çox asandır.
10. Özünüzə desert hazırlayın
Bu halda, siz şəkər qəbulunu nəzarətdə saxlaya bilərsiniz. Əgər özünüzə yeni bir desert hazırlayırsınızsa, reseptdə olduğu qədər desertə şəkər əlavə etməyin.
11. Tərkibində xrom olan vitaminlər alın
Effects of Chromium Picolinate on Food Intake and Satiety də daxil olmaqla bir çox araşdırmalara görə, içərisində xrom maddəsi olan vitaminlərin qəbulu ilə şəkərə olan ehtiyacı azaltmaq olar. Əgər bu üsuldan istifadə etməyə qərar verdinizsə, sınaqdan keçirmədən öncə həkiminizə danışın.
Gücünüz və yuxarıda sadaladığımız tövsiyələr sizin şirniyyata olan həvəsinizi məğlub etməyə kömək olacaq. Təqdim etdiyimiz hədəfdən yayınmayın, vücudunuz sizə təşəkkür edəcək!