LinkedIn 1 yanvar 2019-cu il və 31 iyul 2023-cü il tarixləri arasında üzvləri tərəfindən açılan milyonlarla iş elanını nəzərdən keçirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, LinkedIn-in son araşdırmasına görə, Avropada iş bazarı sürətlə transformasiyadan keçir. Məşğulluq üçün rəqabət artdıqca, 20 il əvvəl eşidilməyən yeni vəzifələr ortaya çıxdı.LinkedIn-ə görə, gələn il ən sürətlə artan mövqelər davamlılıq, süni intellekt və biznesin inkişafı ilə bağlı olacaq. LinkedIn 1 yanvar 2019-cu il və 31 iyul 2023-cü il tarixləri arasında üzvləri tərəfindən açılan milyonlarla iş elanını araşdıraraq, hər bir vəzifə üçün artım tempini hesablamaq üçün sorğu keçirdi. Araşdırma nəticəsində məlum olub ki, məşğulluq bazarında artan rəqabətə baxmayaraq, avropalı mütəxəssislərin üçdə ikisi, yəni 67 faizi bu il iş yerini dəyişməyi düşünür.2022-ci ildə İngiltərə və Fransada LinkedIn-də hər iki aktiv iş axtaran üçün yalnız bir iş elanı olduğu halda, hazırda hər dörd iş axtaran üçün yalnız bir iş elanı var. Avropalı mütəxəssislərin 37 faizi yaşayış böhranını aradan qaldırmaq üçün daha yüksək maaşlar axtardıqlarını desələr də,19 faizi öz qabiliyyətlərinə daha çox əmin olduqlarını və karyeralarını yüksəltmək üçün daha yaxşı mövqe tapmaq istədiklərini bildiriblər.


Tədqiq olunan Avropa ölkələri arasında ən sürətlə böyüyən peşələr fərqlidir, lakin ümumi tendensiya göstərir ki, süni intellekt, davamlılıq və kibertəhlükəsizlik mövqeləri artmaqdadır. Ən çox tələb olunan vəzifələr arasında davamlılıq üzrə mütəxəssis, süni intellekt mühəndisi və kibertəhlükəsizlik analitiki var.