Dünyanın ən yaxşı şəhərlərinin siyahısını açıqlayıb. Nyu-York, Keyptaun, Berlin, London və Madridin ilk 5-likdə yer aldığı siyahıda qardaş ölkə Türkiyədən yalnız İstanbul yer alıb.

Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən TimeOut media şirkəti dünyanın ən yaxşı şəhərlərinin siyahısını açıqlayıb. Hər il mütəmadi olaraq dərc olunan siyahıya diqqət çəkən şəhərlər daxil edilib. Siyahıda dünyanın ən yaxşı 50 şəhəri göstərildiyi halda, ilk 5-lik Nyu York, Keyptaun, Berlin, London və Madrid olub. Bir çox fərqli ölkənin şəhərlərinin yer aldığı siyahıda qardaş ölkə Türkiyədən yalnız İstanbul özünə yer tapıb.