Müsahibənin əvvəlini oxumaq üçün link https://bit.ly/3drkZ8Z


Krizisdə reklamverənlərin atdığı ilk addım, reklam və marketinq büdcələrini azaltmaq olur. Bəs sizin belə antiböhran strategiyasına münasibətiniz necədir?


Bu istiqamətdə oxuduğum bir çox araşdırmalar sübut edirdi ki, büdcənin azaldılması mövcud problemdən çıxış yolu deyil və yaxın gələcəkdə əksinə biznesin böhran vəziyyətini daha da ağırlaşdıra bilər. Interactive Advertising Bureau (IAB) araşdırmasında deyilirdi ki, pandemiyanın yayılmasının reklam büdcələrinin enməsinə təsiri 2008-2009-cu ildəki iqtisadi böhrandan daha çox ola bilər.


Rəyi soruşulan respondentlərin əksəriyyəti deyib ki, onlar reklam büdcələrində dəyişikliyə gediblər. Onların ¼-i isə deyirdi ki, pandemiyadan dolayı prinsip etibarı ilə reklam büdcələrini tamamilə dayandırıblar. Oxşar nəticəni, o cümlədən Marketing Week araşdırmasında, Böyük Britaniyadakı Econsultancy də sübut edirdi. Bundan başqa, beynəlxalq araşdırma şirkəti Kantar-ın məlumatında isə deyilirdi ki, belə pozisiya şirkətlər üçün uzunmüddətli perspektivdə əhəmiyyətli zərərə səbəb ola bilər. Araşdırmada vurğu edilirdi ki, istənilən şirkətin reklam xərclərini 100% azaltması, satışların 13% düşməsinə səbəb ola bilər. Uzunmüddətli perspektivdə bazar payının bərpasını çətinliyə sala bilər, ancaq xərclərin 50% azaldılmasının satışlara təsiri isə cəmi 1% olacaq. Ancaq Kantar-ın başqa bir araşdırmasında insanların 8%-i deyirdi ki, markalar reklamlarını belə çətin günlərdə dayandırması doğru qərar ola bilər. İnsanlar həftələrlə özünütəcrid dövründə yaşayıblar və onlar artıq normal həyata qayıtmaq istəyirlər. İnsanların gözlədikləri isə qlobal markaların böhran dövrünün problemlərinə daha çevik reaksiya vermələridir.


Belə bir düşüncə var ki, kreativ həllər dünya iqtisadiyyatını böhrandan xilas edə bilər. Sizcə, müasir reallıq çərçivəsində kreativin brend-kommunikasiyadakı rolu necədir?


Artıq uzun illərdir ki, kreativ yanaşma müxtəlif bazarların biznesində yüksək effektivlik nümayiş etdirir. Belə yaradıcı həllər markalara nəinki qısamüddətli, eyni zamanda uzunmüddətli dövrdə rəqabətdə üstünlük qazandırıb. Düşünürəm ki, qlobal böhran şəraitində yaradıcı həllərə tələb daha da aktuallaşa bilər. Yaradıcı fikirlər heç bir şey olmadan, görünməyən əlaqələri və birləşmələri tapmaqda, ilk baxışdan həll edilə bilməyən problemləri həll etmək üçün sehrli bir qabiliyyətə malikdir. Yaradıcı ideyalar uğurlu biznesin vacib şərtlərindən biridir. Mənim fikrimcə isə, yaradıcılıq ölkə və qlobal səviyyədə düşünüləndə, böhran şəraitində iqtisadiyyatın mühərrikidir. Buna qeyri-adi aktiv kimi də baxmaq olar, belə ki, real xərcləri azaltmağa kömək olur, eyni zamanda gözlənilməz ölçülərə qədər gəlirləri artırmağa kömək edir. Hər il dünyada yüzlərlə yaradıcı ideyaların uğurlu nəticələrə gətirib çıxardığının şahidi olmuşuq.


Bu il White Square-nin necə keçirilməsi planlaşdırılıb, proqramda bir dəyişiklik olacaq mı?


Festivallara ehtiyac var, xüsusən də indi. Ona görə də biz belə qərara gəldik ki, festivalın tarixini apreldən 24-26 iyuna qədər təxirə salaq. Festivalın offlayn keçirilməsini nəzərdə tutmuşuq, bu addımı jüri heyəti, spikerlər və akkreditə olunmuş iştirakçılar da dəstəkləyir. Əgər B planı haqqında danışsaq, o halda bütün müasir texnologiyalardan istifadə etməklə festivalın onlayn keçirilməsinin mümkünlüyünü də qəbul edirik. İşlərin onlayn qiymətləndirilməsi jüri heyəti üçün offlayn ilə müqayisədə daha çox vaxt itkisinə səbəb ola bilər. Ancaq festivalın offlaynda olduğu kimi şəffaf və obyektiv qiymətləndirilməsi prioritet olacaq. Xatırladaq ki, müsabiqə işlərinin qəbulu -31 May-dəkdir. Yaradıcı işləri festivalın rəsmi saytı üzərindən yükləmək olar.


Sektor nümayəndələrinə hansı tövsiyəniz ola bilər ki, onlar özlərinin peşəkar entuziazmlarını itirməsinlər?


Həmkarlarıma tövsiyəm budur ki, hər şeyə kreativ baxsınlar, realist olsunlar və optimistliklərini qorusunlar, özlərinin və insanların qayğısına qalsınlar. Ən əsası isə odur ki, qazanmağın vaxtı olduğunu unutmasınlar!