Bu gün bir çoxları pandemiyadan dolayı fəaliyyətlərini dayandırdıqlarını deyir. Reklamverənlər reklam büdcələrini kəsirlər, agentliklər festival mövsümünü boş keçirməyi seçirlər. Belə bir gözləmə mövqeyində isə problemlərin həlli üçün yaradıcılıqdansa, sıradan, adi ideyalara baş tuturlar.


Bu arada dünyadakı bir çox mütəxəssislər isə deyir ki, modern iqtisadiyyatın qarşılaşdığı problemləri həll etmək üçün daha yaradıcı yanaşmaya ehtiyac var. Uzun illərin təcrübəsi isə göstərir ki, həm qısa, həm də uzunmüddətli perspektivdə ən effektiv olan yaradıcı həllərdir. Krizis vaxtlarında hərəkətsizlik gələcəkdə böhranın daha da dərinləşməsinə səbəb ola bilər. Buna görə də, yaradıcı sənaye maska taxıb, karantinə getməməlidir.


İndi reklam bazarındakı bir çox oyunçu qərar astanasındadır. Planları ləğv etmək mi, daha əlverişli zamanı gözləmək mi, yeni planlar qurmaq mı, daha da qabağa getmək ki, özünün kreativ gücünü nümayiş etdirmək mi, bazar mövqeyini gücləndirmək mi, özünün yaradıcı komanda drayveri ilə kreativ immuniteti gücləndirmək mi, ilhamlandırmaq mı?!


Hazırki yaradıcı mövsüm pozitiv başlayıb, bir çox agentliklərin mükafatı əldə edə biləcək güclü işləri var.


Qazanmağın vaxtıdır, şüarı ilə yola çıxan, Şərqi Avropanın ən böyük kreativ festivallarından biri olan – Beynəlxalq Yaradıcılıq Festivalı White Square 2020-ci il üzrə kommunikasiya, brendinq, marketinq, digital, media, PR, event agentlikləri, müstəqil müəlliflərin müsabiqə işlərini qəbul etməkdə davam edir. Onlar müxtəlif ölkələrdə olan qorxuları geridə qoyaraq, gələcəyə yaradıcılıqla baxırlar. Daha yaradıcı işlərini təqdim etmək üçün bütün səylərini birləşdirirlər.


Müsabiqə işləri 31 May-a qədər festivalın rəsmi saytı adfest.by üzərindən 7 kateqoriya üzrə qəbul edilir:


CREATIVE: Film, Print, Radio & Audio, Outdoor, Integrated, Branded Content and Entertainment;


BRANDING: Communication Design, Packaging Design, Digital & Interactive Design;


MARKETING: Brand Experience & Activation, PR, Direct, Innovations;


CREATIVE EFFECTIVENESS;


MEDIA: Channels, Excellence in Media, Media Campaign;


DIGITAL: Digital, Mobile, Creative Data;


CHANGE FOR GOOD: Pandemiya ilə mübarizə fonunda yaradılan keyslər üzərindən müsabiqə işlərini qəbul edir.


Müsabiqə ilə bağlı son yenilikləri öyrənmək üçün adfest.by saytına keçid edə bilərsiniz.