MDB ölkələri və Avropada kommunikasiya sahəsində tanınan “White Square” yaradıcılıq festivalı, yeni reallıqlara tez uyğunlaşmağı bacaran bir neçə festivaldan biridir. Müsabiqə işlərinin qəbul edildiyi son tarix ərəfəsində (deadline 31 May-da başa çatıb-red.) “White Square”nin prodüseri, Belarusun Kommunikasiya və Marketinq Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Alena Ustinoviçlə müsahibə aldıq.


- Bildiyimiz qədəri ilə, mayın 31-də “White Square” müraciətlərinin qəbulunu başa çatdıracaq. Pandemiya vəziyyəti festivala necə təsir etdi və bu il neçə müsabiqə işi gözləyirsiniz?


- Festival iştirakçıları qarşısında məsuliyyəti dərk edərək və bir çox dövlətlərin sərhədlərinin davamlı olaraq bağlanmasını nəzərə alaraq festivalın formatını, həm iş proqramı, həm münsiflər heyəti, həm də mükafatlandırma mərasimində yeniləməyi qərara aldıq.


Müsabiqənin təşkili baxımından şanslı olduğumuzu söyləyə bilərik - uzun illərdir ki, “White Square” üçün yaradıcı işlər adfest.by saytında onlayn qəbul olunur. Hər il dekabrın sonundan yanvar ayının əvvəlinə qədər dünyanın müxtəlif yerlərindən olan beynəlxalq şəbəkə agentlikləri və yerli şirkətlər öz işlərini saytda yükləməyə başlayırlar və bu ilin yaradıcılıq mövsümünün başlaması da istisna deyildi.


Mart ayının əvvəlinə, artıq müxtəlif ölkələrdən bir neçə yüz müsabiqə işlərimiz var idi. Buna baxmayaraq, inkişaf etməkdə olan pandemiya və bununla da dünyanın müxtəlif sahələr üzrə tədbirlərin ləğvi bəzi narahatlıqlara səbəb oldu.


Çünki, heç kim bu şəraitdə necə davranacağını bilmirdi. Şübhə yox idi ki, festivalın belə çətin bir vaxtda da baş tutması üçün əlimizdən gələni edəcəyik. Axı bu festivaldır, bu sahənin insanlarına ilham verir, sənayedə işləyən hər kəsə inkişaf vektorları təklif edir.


İdman yarışları sizi tanıdır, eyni zamanda məyus da edə bilər. Ancaq festivallar isə reklamçılara mükafat gətirən və onları uğurlu edən faktorlardan biridir. Buna görə yaradıcı işləri qəbul etməyə davam etdik və çox şadıq ki, bu il festival iştirakçılarının coğrafiyası daha da genişləndi.


Bu mərhələdə festivala 20-dən çox ölkədən müsabiqə işləri təqdim edilmişdir. İndiyə qədər işlərin dəqiq sayını deməzdim, çünki əsas rəqəmlər, əsasən son tarix ərəfəsində olur, amma ümid edirik ki, bu, ötən ilin səviyyəsinə yaxın bir rəqəm olacaqdır. Təqdim olunan işlərin səviyyəsini bəyənirəm. Hamısı bir-birindən fərqlidir və həqiqətən də reklam dilinin beynəlxalq olduğunu söyləmək olar - yaxşı bir fikir olduqda müxtəlif bazarlarda effektiv işləməyə şərait yaradır. Yeri gəlmişkən, artıq moderasiyadan keçən müsabiqə işlərinə festivalın veb saytında “Müsabiqə İşləri” bölməsində baxmaq olar.


- Hazırda festivalın keysində COVID-19 mövzusu nə dərəcədə aktualdır?


- Virusla bağlı vəziyyət pandemiya adlandığı ilk andan etibarən dünya birliyi üçün təşəbbüsümüzü bildirdik. Pandemiya və koronavirusun fəsadları ilə mübarizə mövzusunda həyata keçirilən layihələrin pulsuz olaraq qəbul edildiyini elan etdik. İşin qiymətləndirilməsini ChangeforGood münsiflər heyəti yerinə yetirəcək. Bu cür layihələrin bütün dünya üçün əhəmiyyətini və aktuallığını dərk edərək, xüsusi mükafatlar təsis etdik. Lakin sənaye reytinqləri tərtib olunan zaman bunları nəzərə almamağa qərara gəldik. Bu qayda COVID-19 mövzusunu öz kommunikasiyalarında uğurla istifadə edən, kommersiya işələrinə şamil edilmir.


- Bu günə qədər “White Square” qeydiyyatlar hər zaman offlayn şəkildə keçirildi. Bu il işin qiymətləndirilməsini necə təşkil edirsiniz?


- Bu il ilk dəfə münsiflər heyəti müsabiqə işlərini onlayn qiymətləndirəcək. Hər il yaradıcı işlərin qiymətləndirilməsini daha şəffaf həyata keçirməyə çalışırıq. Əlbəttə ki, söhbət onlayndan gedirsə, daha şəffaf olmaq üçün bütün gücümüzdən istifadə edəcəyik.


Gizlilik sazişini də genişləndirəcəyik ki, iştirakçılar kommersiya məlumatlarının qorunacağına əmin ola bilsinlər. İşlərin dəyərləndirmə prosesi bir neçə mərhələdə keçiriləcək: 15-22 iyun tarixlərində işlərin seçimi, 24-26 iyun tarixlərində onlayn konfrans formatında müsabiqə işləri münsiflər heyətinin müzakirəsi ilə keçiriləcək.


Xatırladım ki, “White Square”da altı nəfər var: Yaradıcı Münsiflər heyəti, Marketinq, Marka, Rəqəmsal, Media, ChangeforGood münsiflər heyəti reklamda beynəlxalq səviyyədə tanınan, dəfələrlə dünyanın ən böyük festivallarının münsiflər heyətində iştirak etmiş, yaradıcılığına görə yüzlərlə nüfuzlu beynəlxalq mükafatlar qazanmış mütəxəssislərdir. Bundan əlavə, bu il media münsiflər heyətinin beynəlxalq tərkibi öz işini davam etdirəcək, tərkibinə yaradıcı və reklam üzrə aparıcı sənaye portallarının nümayəndələri daxil olacaqdır. Mayın sonunda münsiflər heyətinin tərkibini elan edirik. Festivalın Qran Prisi, münsiflər heyətinin ixtisaslaşmış strukturlarından iki nümayəndədən: sədr və həmsədrlərdən ibarət olacaq, Ali Münsiflər Heyəti tərəfindən mükafatlandırılacaqdır.


- Festivalın işgüzar və mədəni proqramında hansı dəyişikliklər gözlənilir? Həqiqətən, Belarusa heç bir karantin elan edilməməsinə baxmayaraq, ölkədə mədəni tədbirlərin keçirilməsi qadağandır.


Onlayn yayım təcrübəsi ilk dəfə “White Square” da olacaq. Biz çalışırıq ki, onlayn da olsa festival atmosferi yarada bilək. Müsabiqədə iştirak edən bütün reklamçılar, yaradıcı insanlar bizə inanırlar, öz növbəmizdə onlara minnətdarıq.


- Festivalın mükafatlandırma mərasimini hansı formatda keçirməyi planlaşdırırsınız?


- Ənənəvi olaraq, “White Square”də mükafatlandırma mərasimi kulminasiya nöqtəsidir və dünyanın müxtəlif ölkələrində olan iştirakçılar buna gəlməyə çalışırlar. Bu il beynəlxalq səyahət məhdudiyyətinə görə təəssüf ki, mümkün deyil. Mövcud vəziyyətə əsasən, offlayn və onlayn şəkildə birləşdirəcək yeni bir format hazırlayırıq. Belarusdakı epidemioloji vəziyyət imkan verərsə və kütləvi tədbirlərin keçirilməsində qanunvericilik məhdudiyyətləri aradan qaldırılsa, iyulun 9-da mərasimi offlayn açıq hava partiyası formatında təşkil edəcəyik. Tədbirin onlayn yayımı 30-dan çox ölkədə keçiriləcək və dünyanın müxtəlif yerlərindən - Avropa, Asiya, Cənubi Amerika iştirakçılarını bir araya gətirəcəkdir.


“White Square” də həmişə yüksək səviyyədə yaradıcı işlər olur, bu da mükafatlar üçün yüksək rəqabət deməkdir. Ümid edirəm ki, festivalın qaliblərinin işi sənayə üçün lazımi ilham verəcək, gələcək üçün istiqamətləri müəyyənləşdirməyə kömək edəcəkdir.


- Bu yaxınlarda, sosial şəbəkələrdə Unmask your creativity! Adlı "White Square" yaradıcılıq festivalının təqdimat videosu ortaya çıxdı. Bu video ilə hansı mesajı çatdırmağa çalışırsınız?


- Bəlkə də ilk dəfə belə bir qorxu hissi və festival “reallaşacaq, ya da reallaşmayacaq” sualı ilə qarşı-qarşıya qaldıq. Nəinki Belarus, Rusiya, eyni zamanda Avropa, Amerika sənayesində reklamverənlər, biznesdəki bir sıra problemləri ən effektiv həll yolunun yaradıcılıq olduğunu unutdular, belə ki, layihələrdən imtina etməyə, qlobal miqyasda kampaniyalara və tədbirləri dondurmağa başladılar. Biz hazırladığımız video çarx ilə yaradıcı insanlara dəstək olmağa çalışırdıq. Bildirmək istəyirdik ki, qorxuların gələcəyi yoxdur və yaradıcılıq maska taxmağı sevmir. Sonda bir daha xatırlatmaq istərdim ki, müsabiqə işlərini qəbul etmək üçün son tarix Mayın 31-dir. Bəlkə də bu vaxtı bir qədər də uzatmağı düşünürük. Yaradıcı hər kəsi festivalda iştiraka dəvət edirik və onlara uğurlar arzulayırıq. Qazanmağın vaxtıdır!