Instagram bloggerlərə videolarından qazanc əldə etməyə imkan verəcəkdir.
Facemark.az-ın məlumatına görə, Bloomberg xəbər verir ki, sosial şəbəkə məşhur istifadəçilərinə COVID-19 böhranı zamanı daha çox gəlir əldə etməyə və bununla da YouTube ilə daha ciddi rəqabətə keçməyə kömək etmək qərarına gəlib.
Gələn həftədən başlayaraq Instaqram, IGTV xidmətində yayımlanan videoların qarşısında reklam nümayiş etdirəcək. Şirkət gəlirlərin 55% -ni videoların yaradıcıları ilə bölüşməyi planlaşdırır - YouTube da eyni payı öz ulduzlarına verir.
İstifadəçilər əsas 15 saniyəlik video görüntüsünü kliklədikdən və IGTV-yə keçəndən sonra video reklam başlayacaq. Bu, müəllifləri abunəçiləri IGTV-yə keçməyə təşviq etmək üçün daha maraqlı videolar hazırlamağa təşviq edir.