Sloveniya hökumətinin oktyabr ayına qədər böyük tədbirlərin keçirilməsinə dair təminat verməməsi, “Golden Drum”ın festivalın tərəfdaşları və iştirakçıların sağlamlığını qorunması ilə bağlı qərarı, festivalın tarixini 13-15 Oktyabr 2021-ci il tarixinə qədər təxirə salmasına səbəb olub.


Facemark.az-ın məlumatına görə, təşkilatçılardan deyilib ki, bu qərar epidemiyanın gündəlik həyatımız və iqtisadiyyatımız üzərindəki sarsıdıcı təsirini nəzərə alaraq çətinliklə veriblər, amma 2021-ci ilə “dörd gözlə” gözləyirlər.


“Golden Drum” dünyanın ən dostcanlı festivalı hesab edilir. Festival reallaşdığı illər ərzində 40 ölkədən 32 000 professionalı bir araya gətirib. “Golden Drum”a 44 000-dən çox müraciət olub. Festival uzun illərə dayanan ənənəsi daxilində heç bir il təxirə salınmamışdı. Bu reallıq da festivalın 2020-ci il mükafatlandırma mərasimini təxirə salmağı bir o qədər çətinləşdirib.


Sloveniyalıların dediyi kimi “Ostanite zdravi in kmalu na snidenje!” / “Güvəndə qalın, yaxında görüşərik!”.