Mayın 29-u cümə günü Zoom kompaniyasının səhmlərinin dəyəri 9,7% artım nümayiş etdirib.


Facemark.az xəbər verir ki, Bloomberg nəşri yazır ki, şirkətin bazar dəyəri isə 50 milyard dolları ötüb. Hazırda şirkətin bir səhm üzrə dəyəri $179,48 hesablanır.


Sonuncu pandemiya dövründəki göstəricilərdən bu yana şirkətin bazar dəyəri demək olar ki, 2,5 dəfə artıb. Yanvarda isə bu rəqəm 20 milyard dollar idi. İndi Zoom Amerikanın maşınqayırma şirkəti Deere & Co və farmkompaniya Biogen Inc.-dən bahalıdır.


Ekspertlər isə Bloomberg nəşrinə deyib ki, səhmlərin belə yüksək artımı üçün heç bir tələb yox idi. Ancaq görünən odur ki, investorlar şirkətin daha da bahalanacağı ehtimalını düşünərək səhmlərin alışına investisiya yatırıblar. Güman ki, Zoom bu haqda çərşənbə axşamı bildirəcək.


Mütəxəssislər, həmçinin şirkətin dəyərinin davamlı artımını gözləyirlər, çünki pandemiyanın başlaması ilə video xidmət xeyli populyarlıq qazanmışdı. Onların sözlərinə görə, belə vəziyyət ilin sonunadək davam edə bilər.


Bloomberg Billionaires Index-in hesabatına görə, Zoom-un CEO-su Erik Yuan özünün kapitalını mayın 29-da 800 milyon dollardan çox artıraraq 9,3 milyard dollara qədər çatdırıb.