Türkiyənin qabaqcıl şirkətlərindən olan MediaMarkt və Tenity tərəfindən keçirilən nüfuzlu "MediaMarkt Startup Challange" yarışmasında iştirak edən Corpowid yekun nəticədə 2-ci yerə layiq görülmüşdür. Google, Index Grup, BNP Paribas Cardif və digər nüfuzlu şirkətlərin olduğu jüri heyəti tərəfindən dəyərləndirilən şirkətin göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. Tədbir zamanı Türkiyənin bir sıra iri şirkətləri ilə əməkdaşlıqla bağlı razılıq əldə olunmuşdur.
Corpowid rəqəmsal müyəssərlik həlləri təqdim edən texnologiya startup şirkətidir. Hazırda dünyada 1 milyarddan çox insan üçün dünya internet resurslarının 96%-i əlçatan deyildir. Şirkətin təqdim etdiyi süni intellektlə dəstəklənən xüsusi proqram təminatı istənilən internet saytına asanlıqla inteqrasiya olunur və saytları görmə, eşitmə, disleksiya, epilepsiya, Parkinson, koqnitiv motor xəstəlikləri və yaşa bağlı digər məhdudiyyətləri olan şəxslər üçün əlçatan edir.
Şirkət fəaliyyətinə 2024-cü ildə başlamış və artıq 5 ölkədə 100-dən artıq müştəriyə xidmət göstərməkdədir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən nüfuzlu IDDA Awards-da İlin Kəşfi nominasiyasında qalib olmuş və Netty 2024 Milli İnternet Mükafatının Sosial Məsuliyyət və Cəmiyyət kateqoriyasını qazanmış, İstanbul Teknik Universiteti tərəfndən keçiriən Türkiyənin ən böyük innovasiya tədbirində 7400 startup arasında 7-ci yerə layiq görülmüşdür.