White Square Festival beynəlxalq kreativlik festivalları arasında tanınan ən önəmli tədbirlərdən biridir və kommunikasiya sənayesinin bütün sahələrini əhatə edən müsabiqələr təqdim edir. Festival artıq 2025-ci il üçün erkən iştirak qeydiyyatına start verib. Ən sərfəli qeydiyyat tarifləri 20 yanvar 2025-ci ilədək qüvvədədir. İştirak üçün son müraciət tarixi isə 28 aprel 2025-ci il təyin olunub.
2025-ci il White Square Festivalı çərçivəsində aşağıdakı 8 əsas müsabiqə üzrə 247 nominasiya qəbul edilir:
- KREATİV
- BRENDİNQ
- RƏQƏMSAL
- MEDİA
- MARKETİNQ XİDMƏTLƏRİ
- MARKETİNQ EFFEKTİVLİYİ
- PEŞƏKAR USTALIQ (CRAFT)
- KÜTLƏVİ MEDİA MÜSABİQƏSİ
Festival kreativliyi təşviq edərək, reklam sənayesini irəli aparan cəsarətli ideyaları dəstəkləyir, yenilikçi həlləri və layihələrin kreativ effektivliyini ön plana çıxarır. Fərqli ölkələrdən olan kommunikasiya sənayesi peşəkarlarını bir araya gətirir. Festival sosial məsuliyyətli marketinq, sülhpərvərlik prinsiplərini bölüşür və ümumbəşəri dəyərləri dəstəkləyir.
Hər il festivalda 35-dən çox ölkədən, o cümlədən Avropa, MENA regionu, ABŞ, Çin, MDB, Asiya və Latın Amerikası ölkələrindən 1000-dən çox iş iştirak edir. Bu işlər sənayenin inkişafına töhfə verən və dünyanı daha yaxşı bir yerə çevirməyə yönəlmiş parlaq ideyaları nümayiş etdirir.
White Square Festival mükafatları dünya miqyasında yüksək dəyərləndirilir. Qaliblərin işləri müxtəlif sənaye KİV-lərində geniş şəkildə işıqlandırılır. Bu nəşrlər agentliklərin və ən yaxşı kreativ ideyaların beynəlxalq ictimaiyyətdə tanıdılmasına, həmçinin fərqli ölkələrin sənaye peşəkarları arasında təcrübə və ilham mübadiləsinə töhfə verir.
White Square Festival, dünyanın 45-dən çox ölkəsindən gələn ən parlaq zehinləri bir araya gətirərək, beynəlxalq layihələr üçün yüksək səviyyəli qlobal ekspertiza təqdim edir. Münsiflər heyəti üzvləri, müxtəlif prestijli festivallarda iştirak edən və çoxsaylı mükafatlara layiq görülən təcrübəli mütəxəssislərdən ibarətdir.
Hər il münsiflər heyəti təqdim olunan işlərin yüksək səviyyəsini və festivalın qiymətləndirmə prosesinin təşkilatçılığını yüksək qiymətləndirir. Əsas qiymətləndirmə meyarları kreativ ideya və onun həyata keçirilməsidir. Bəzi müsabiqələrdə isə kreativ həllərin effektivliyi xüsusi diqqət mərkəzində olur.
2024-cü il White Square Festivalının qalib işlərini bu linkdən izləyə bilərsiniz. İştirak üçün nominasiya şərtlərini və texniki tələbləri öyrənmək üçün White Square Festivalının rəsmi veb saytına daxil ola bilərsiniz.