22-26 İyunda Lions Live təşkil edilir. Konfrans çərçivəsində Cannes Lions İdarə Heyətinin Rəhbəri və Ascential-ın Marketinq Bölməsinin Rəhbəri Filip Tomas (Philip Thomas) ilə söhbətləşdik.


Bəlkə də sektordakı bir çox insan üçün iyunun ortası qızmar Fransa günəşi altında zaldan zala qaçılan, həyəcan dolu Cannes Lions-u xatırladır. Çöldə insanlarla sosiallaşmağı və qapalı zallarda saatlarla vaxt keçirmək üçün darıxdığımız bu günlərdə Cannes Lions qarşımıza vacib fikir və təcrübələr ilə dolu Lions Live konfransı ilə çıxır.


Lions Live-in reallaşması fikri necə yarandı?


Festivalı təxirə salmaq haqqında qərar verəndə, bu çətin dövrdə qlobal kommunikasiya sektorunu dəstəkləməyə davam etmək istədiyimizi bildirdik. Lions Live belə reallaşdı.


Lions Live, Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı həftəsində 22-26 İyunda reallaşır. Sürətlə dəyişən istehlakçı davranışları ilə ayaqlaşan, markalardan iş modellərini adaptasiya edən agentliklərə və gələcəyin həllərini yaradan liderlərə… Hər kəsin bir olub, əməkdaşlıq etməyini və həllər yaratmağını və gələcəyə fokuslanmağını istəyirik. Lions Live maraqlı kontenti ilə dijital təcrübə yaradacaq.


Pandemiyadan dolayı dünyanın tarazlığı sanki alt-üst oldu. Bu dövrdə sənaye liderləri nəyi müzakirə edirlər? Belə müzakirələr konfransın proqramına və mövzusuna necə təsir etdi?


Lions Live-ın proqramı 2020 üçün müəyyən etdiyimiz səkkiz mövzu üzərində yaradıldı. Sektorun çətinliklərini müəyyən etmək üçün 100-dən çox dəyərli şəxslər ilə söhbətləşdik. Bizim müəyyən etdiyimiz mövzulara əlbəttə ki, #coronavirus və #BlackLivesMatter-ın hadisələri də təsir edəcək. Və son proseslərə də vurğu edəcəyik.


Növbəti il üçün festivalda nələr gözləyirsiniz?


Hələ də sektorda mənzərə çox sürətlə dəyişir. Qeyri-müəyyən bir dövrdə yaşayırıq. Bu isə 2021-ci ildə festivalda nələrin müzakirə ediləcəyini təxmin etməkdə çətinlik yaradır. Festivalın proqramı, yaxın aylarda epidemiyanın yaradıcılıq sektoruna uzunmüddətli necə təsir etdiyini və iqtisadi yaxşılaşmağa gedən yolun aydınlığını gördüyümüz anda müəyyən ediləcək. Bunu deyək ki, 2021-ci il necə görünürsə görünsün Cannes Lions Yaradıcılıq Festivalı hər zamanki kimi mərkəzinə yaradıcılığı qoyacaq.


Növbəti il üçün reallaşacaq mükafatlardan gözləntiləriniz nələrdir? Bu il görmək istədiyiniz trendlər var mı?


Növbəti il 2020 və 2021-ci ildəki işləri qiymətləndirəcəyik. Ona görə də fərqli işləri görməyi gözləyirik. Verəcəyimiz mükafatların və aldığımız müraciətlərin sektor haqqında çox maraqlı fikir yaradacağından əminik. Mənzərə sektorun qarşılaşdığı prolemlər və həll yollarını nümayiş etdirəcək. Eyni zamanda, yaradıcılığı böhrandan daha güclü çıxmaq üçün istifadə edən marka və agentliklər ön sıralara çıxacaq. 2020-ci ildə PR sənayesini ən son halı ilə yansıtmaq üçün PR lions kateqoriyasında yenilik etdik.


Mənbə: MediaCat