Nifrət dolu və yanıltıcı informasiyanın qarşısını almaq üçün, aralarında Verizon, Adidas, Starbucks, Unilever, Coca-Cola, The North Face, Pfizer və Honda-nın da olduğu 200-ə yaxın reklamverən bu günlərdə sosial media strategiyalarını yenidən nəzərdən keçirir.
Başda Facebook olmaqla, digər sosial platformalarda reklam fəaliyyətlərinə fasilə verirlər. Dünya miqyasında reklam investisiyalarının 90%-ni reallaşdıran reklamverənlərin bir araya gəldiyi Dünya Reklamverənləri Federasiyası (World Federation of Advertisers – WFA) tərəfindən sorğu təşkil edilib.
Sorğuya görə qabaqcıl reklamverənlərin 1 /3-i sosial media reklamlarını dayandıracaqlarını, ya da düşündüklərini deyir. Hazırda reklam fəaliyyətlərini dayandıran brendlərin faizi 5-dir. Sosial məcralarda reklamlarını dayandırmayacaqlarını deyən markaların faizi isə 12-dir.
Eyni araşdırmada, iştirakçıların 41%-nin, platformadakı diskriminasiya yönümlü kontent və nifrət dolu paylaşımlardan dolayı dijital kampaniyalarını dayandırmaqla bağlı qərarsız olduğunu deyirlər.
WFA CEO-su Stephan Loerke-yə görə, bu vəziyyət çevriliş nöqtəsi ola bilər. Loerke-yə görə, mövcud hərəkət sosial media üzərindən #StopHateForProfit kampaniyası ilə alovlanan bir aylıq Facebook boykotundan daha qalıcı təsirlər yarada bilər.
“Uzun müddət smedia strategiyalarını nəzərdən keçirdiklərini deyən, belə platformalardakı irqçi, nifrət paylaşımı, zərərli kontent məsələsində qalıcı dəyişiklik tələb edən markaların sayı sarsıdıcıdır”, - şərhini verib.
Mənbə:Financial Times, WARC