Twitter ənənəvi "Bəyənmə" düyməsini, özəl animasiyalı düymə ilə əvəzləmək istəyir. Bununla markalar xəbər lentində digərlərindən fərqlənəcək, eləcə də istifadəçinin reklam həştəqini paylaşmaq şansını artıracaq.


Facemark.az Ad Age-ə istinadən xəbər verir ki, bəyəmənin yalnız o şirkətin olması üçün həştəq yaradılmalı və onu trigger kimi işarə etmək lazımdır.


Funksiya həm, orqanik, həm də reklam postlarında 24 saat ərzində işləyir.


Bunu ilk istifadə edən Disney+ şirkətidir, belə ki bunu Beyonce-un musiqili-vizual Black is King albomunun reklamında istifadə ediblər. 3 gün ərzində tvit 125 min dəfə bəyənilib.


Beta-test versiyasında funksiyadan istifadə edənlər isə NASA və NBA olub. Kosmik agentlik #CountdownToMars həştəqini raket animasiyası üçün istifadə edib.


Basketbol assosiasiyası isə yeni sezonu #WholeNewgame həştəqi ilə qeyd edib.


Ad Age məlumatına görə, bu funksiya ABŞ və Yaponiyadakı reklamverənlərə First View məhsulu çərçivəsində əlçatandır. Bununla reklamverənlərin kontenti xəbər lentinin top hissəsində görünür.