Ümumiyyətlə, Gen Z, 1995 və 2015-ci illər arasında anadan olub. Nəsillər arasındakı fərq artıq Z nəslindən də göründüyü kimi kəskin şəkildə özünü büruzə verir.


Digər nəsillərdən kəskin dərəcədə fərqlənən Z nəsli isə Siyasi partiyalar onlardan alacaqları səs haqda düşünür, şirkətlər bu nəsillə necə ünsiyyət quracağını araşdırır, reklam verənlər isə əmək bazarının bu ən gənc mənsublarının istehlak vərdişlərini formalaşdırmağa çalışır.


Bu nəslə “i Gen” “instant online” (həmişə xətdə) də deyilir. “Nəsillər nəzəriyyəsi”nin müəllifləri Uilyam Ştraus və Nil Houv bu nəsli fərdiyyətçiliyə əhəmiyyət verən və yalnız yaşayan nəsil adlandırır. Bu nəsil digər nəsillərdən çox fərqlənir. Hələ iş həyatına başlamadıqları üçün onlar haqqında nə isə demək çətindir. Onlarda sədaqət hissinin zəif olacağı, hər şeydən tez bezəcəkləri, standart işləri görmək istəməyəcəkləri təxmin edilir. Yaradıcılıq qabiliyyətlərinin yüksək olacağı, sosial aktivliklərinin daha güclü olacağı deyilir. Bunlar sadəcə təxminlərdir.


Ümumilikdə Z nəslinin bir neçə ümumi xüsusiyyətləri vardır ki, bunların bilmək onlara xitab edə biləcək reklam çarxları və digər məhsul tanıtımı layihələrində önəmli rol oynayır:


  • Rəqəmsallaşan dünyadan ayrı qalmaq onlar üçün qəbul edilməzdir. Hər bir texnoloji yeniliklərdən faydalanmaq istəyən və bu barədə məlumat əldə etməyə can atırlar.
  • Azadlığa üstünlük verirlər və səbirsiz olmaları qabarıq şəkildə müşahidə olunur. Rəqəmsal dünyanın üstünlükləri olduğu kimi, mənfi cəhətləri də vardır ki, Z nəslində özünü səbirsizliklə büruzə verir.
  • Məsələlərə dair realist yanaşma göstərmələri bu nəslin fərqləndirici xüsusiyyətləri siyahısına daxiildir. Bər-bəzəkli ilhamlandırıcı cümlələrlə bu nəsli motivə etmək qeyri-real kimi görünür.
  • İndividualist olmalarını isə onların müsbət xüsusiyyətləri olaraq da hesab edə bilərik. Toplum tərəfindən qəbul edilən anlayışları, streotipləri təhlil etməyi və bir fərd olaraq özlərini sübut etməyi sevirlər.
  • Materialist olmaları kapitalist sistemlə ayaqlaşmaları üçün müsbət bir xüsusiyyət olaraq dəyərləndirilə bilər. Pul anlayışı onlar üçün idealist olan Y nəslindən daha əhəmiyyətlidir.

Müəllif: Fidan Əzizova