Instagram uzun müddətdir ki, test mərhələsində olan QR kodu vasitəsilə profillərə keçid etmək funksiyasını aktivləşdirib.
Facemark.az-ın məlumatına görə, şirkət Instagram hesablarına QR kod vasitəsilə daxil olmaq imkanını tətbiq etdiyini açıqlayıb.
Instagram istifadəçilərin maraq əhatələri və dostları ilə qarşılıqlı əlaqəsini asanlaşdırmağı və yeni insanlar tapmağı hədəfləyir. QR kod funksiyası iş yerlərinə daha asan daxil olmağı təmin etmək məqsədi ilə yaradılıb.
Dünyadakı bir çox müəssisə qapılarını müştərilərinə yenidən açsa da, Instagram QR kod funksiyası müəssisələrə, Instagramdan istifadə etməyənlərə də çatmaq imkanı verir. İstifadəçilər iş hesabının QR kodunu skan edərək işin Instagram hesabına daxil ola və məlumat əldə edə biləcəklər.
Bütün Instagram istifadəçiləri profil menyusundan öz QR kodlarını əldə edə biləcəklər: belə ki, digər hesabların QR kodlarını skan edə və hesabı Instagram Stories kamerası, Instagram QR kod kamerası və ya QR kodlarını skan edə bilən hər hansı bir kamera ilə profilləri görə biləcəklər.