Bu yaxınlarda “Coca-Cola Zero Sugar” kimi rebrendlənən “Coke Zero”, orijinal şəkərli-dadlandırılmış içki “Coca-Cola Classic”-in sağlam bir versiyası olaraq satılır.


“Coke Zero”-nun bu qədər çox tanınması və sevilməsinin əsas səbəblərindən biri Coca-Cola ləzzətini təmin edərkən sıfır kalori və şəkər ehtiva etməsi, şəkər qəbulunu azaltmağa və ya çəkisini idarə etməyə çalışanlar arasında cəlbedici bir içki halına gəlməsidir.


Gəlin, “Coke Zero”-nun faydalı, yoxsa zərərli olduğunu daha yaxından aydınlaşdıraq:


  • Sıfır qidalanma dəyəri: “Coke Zero” kalorisizdir və əhəmiyyətli bir qidalanma mənbəyi deyil. Lakin mübahisəli sağlamlıq təsirləri olan dadlandırıcılarla şirin hala gətirilmişdir. Bəs “Coke Zero”-nun tərkibi tam olaraq nələrdən ibarətdir?

- Kalori: 0;


- Yağ: 0 qram;


- Zülal: 0 qram"


- Şəkər: 0 qram"


- Natrium: Gündəlik Dəyərin (DV) 2%"


- Kalium: DV-nin 2%-i,


  • Süni dadlandırıcılar və çəki itirmək haqqında: “Coke Zero” və digər süni şirinləşdirilmiş içkilərin kilo itkisinə təsiri ilə bağlı tədqiqat nəticələri qarışıqdır. 8 illik müşahidə zamanı, həftədə 21-dən çox süni şirinləşdirilmiş içki içən insanların bu cür içki istifadə etməyən insanlar ilə müqayisədə kilolu və piylənmə riskini demək olar ki, iki dəfə artırdığı aşkar edilmişdir. Eyni araşdırma zamanı çəki artımına baxmayaraq pəhriz içkisi içən şəxslərdə ümumi gündəlik kalori qəbulunun daha aşağı olduğunu qeyd etdi. Bu, süni dadlandırıcıların bədən çəkisini kaloriya qəbulundan başqa başqa yollarla təsir edə biləcəyini göstərdi. Beləliklə, süni şəkildə şirinləşdirilmiş içkilərin çəki idarəsinə təsiri barədə dəlillər bir-birinə ziddir və daha çox araşdırma tələb olunur.
  • “Coke Zero”-nun diabet riski haqqında: Coke Zero şəkərsizdir. Bununla baxmayaraq, tərkibindəki şəkər əvəzediciləri şəkərli diabet riskini azaltmaq istəyən insanlar üçün tamamilə sağlam seçim ola bilməz. 66,118 qadında 14 illik edilən müşahidə zamanı, süni şəkildə şirinləşdirilmiş içki içmək və 2 tip diabet riskinin artması arasında bir əlaqənin olduğu açıqlandı. Yenə də süni dadlandırıcıların diabet riski üzərində təsiri ilə əlaqədar araşdırmalar qarışıqdır və mümkün əlaqəni tam başa düşmək üçün daha çox tədqiqat tələb olunur.

Beləliklə, edilən araşdırmalar göstərir ki, “Coke Zero”-nun sağlamlığımıza olan zərəri təsdiqlənə bilməsə də mübahisəli mövzudur və az istifadə etməyimiz məsləhət olunur.


Müəllif: Fidan Əzizova