Əsasən gənclərin üz tutduğu fast-food restoranlarının bizə zərər verə biləcək yaxşı və pis xüsusiyyətləri sözsüz ki, hamımızı düşündürür. Bu yazımızda sizə bu xüsusiyyətləri sadalayacaq və məsələyə aydınlıq gətirəcəyik:


Əlverişli cəhətləri:


  • Fast-food ucuzdur;
  • Vaxtınıza qənaət edir;
  • Nisbətən sağlam seçimlər də var;
  • Geniş seçim imkanı hər-bir insanın zövqünə uyğundur.

Əlverişsiz cəhətləri:


  • Daha aşağı keyfiyyətlidir. Kütlələr üçün fast-food hazırlanır ki, bu da daha çox dadlandırıcı, daha az təzə, yerli maddələr deməkdir.
  • Sağlam olmayan qidaların üstünlük təşkil etməsi zərərlidir. Tərkibində yağ, natrium və şəkər çox olan, yağlı bir qarışıq yeməyi yemək bədəninizi qidalandırmaq üçün ən yaxşı vasitə deyil. Aşağı keyfiyyətli qida mənbələri səbəbindən, fast-food seçimlərinin çoxu ən zülallı, qidalı maddələrlə hazırlanır.
  • Menyu paketlərindən bəzilərinin qiymət baxımından sərfəli olması, o demək deyil ki, daha çoxunu alıb yeməlisiniz. Bununla birlikdə, bu miqdarda yağ və kalori istehlak etməyin heç bir üstünlüyü yoxdur (ləzzət xaricində), buna görə kiçik birinə üstünlük vermək daha etibarlı bir seçim ola bilər. Və təəssüf ki, çox miqdarda istehlak edildikdə, fast-food daha ciddi sağlamlıq risklərinə səbəb ola bilər.
  • Daha əvvəl də qeyd edildiyi kimi, menyuda olan yeməklər ucuzdur. Fast-food restoranlarına daha tez-tez getmək vərdişinə sahibsinizsə, bu sizin büdcənizə mənfi təsir göstərə bilər.
  • Sosiallaşmağı məhdudlaşdırır. İnsanlar vaxtı məhdud olduqları üçün sürətli bir yemək üçün fast-food-u seçirlər. Halbuki evdə yemək bişirdiyiniz zaman dostlarınız və ya ailənizlə söhbət etmək üçün daha çox vaxtınız olur.

Ümumi olaraq isə onu deyə bilərik ki, fast-food restoranları nə qədər sərfəli olsa da davamlı şəkildə bu restoranlara üz tutmaq, həm cibimizə, həm də sağlamlığımıza ciddi zərərlərə səbəb olur.


Müəllif: Fidan Əzizova