Yaşadığımız dünyada bir çox insan hər işdə maksimalistliyə və mükəmməlliyə üstünlük verdiklərindən dolayı tətmin ola bilmir və daim bir arayış içində olurlar. Bu isə həmin insanlarda yaşadıqları andan zövq ala bilməmə hissi yaradır və sadəcə “daha çox”una köklənirlər.


Minimalistlər üçün az daha yaxşıdır. Bu, ağ divarlar, ağ mebellər və özünüzü mütləq əsaslarla məhdudlaşdıraraq sakitlik və gözəllik yaratmaq deməkdir. Maksimalistlər üçün daha çox şey vacibdir. Bu, mümkün qədər çox rəng, daha çox bəzənmiş müəyyən bir otaqda çox sayda nəsə və xeyli miqdarda gözəllik yaratmaq deməkdir.


Lakin minimalist olmaq və ya maksimalist olmaq divan və abajurdan daha çoxudur. Hər ikisi də düşünməyimizi, hiss etməyimizi və həyatımızı necə yaşamağımızı bizə izah etməyə çalışan fəlsəfələrdir. Bu fəlsəfə yeni bir şey deyil. Bəs tarixi haqqında nələr bilirik?



Minimalizmin kökləri sinizmdədir. 21-ci əsrdə bu sözün dünyadan bezmiş, mənfi və şübhə edən birisi mənasını verdiyini düşünməyə meyl edirdik. Bununla birlikdə, sözün orijinal, yunan mənası, həqiqətən nə qədər ehtiyacımız olduğuna şübhə edən bir fəlsəfə məktəbinə istinad edir.


Qədim Yunan mütəfəkkirləri həqiqi xoşbəxtliyin maddi nemətlərə və xarici aləmdəki nəsnələrlə bağlı olmadığını düşünürdülər. Daha doğrusu, əsl xoşbəxtliyi yalnız içində tapmaq olardı.


Son zamanlarda isə minimalizm Ralph Waldo Emerson və Henry David Thoreau kimi Amerika filosoflarına və yazıçılarına aid edilə bilər.


Nəticə olaraq, saysız-hesabsız əşyala, israfçı evlər vasitəsilə özümüzü təbiətdən qoruyaraq xoşbəxtliyə nail olmağa çalışırıq.


Müəllif: Fidan Əzizova