Event marketinqinin üstünlükləri nədir? Üstünlüklərinin necə formalaşması nə istədiyimizdən də daha çox asılıdır.


Məsələn, bu insandan-insana dəyişə biləndir. Ən yaxın dostunuz sitrus limonlu torta üstünlük verə bilər. Amma sizin öz seçiminiz isə super-şirin şokoladlı tortdur.


Şirniyyatınızdan nə istəsəniz eventiniz də ona uyğun dəyişə bilər. Ancaq nə axtarırsanız axtarın nəticəsinin yaxşı olmasına əmin olmalısınız!


Tədbirlərin təqdim etdiyi bir çox potensial fayda ilə yanaşı, marketoloqların bu strategiyanı dəstəkləməsinin əsas səbəblərindən bəziləri bunlardır:


  • Satış:

Marketinqin məqsədi bir məhsul və ya xidmət satmaq olduğunu nəzərə alsaq, tədbirlərin bunun üçün kömək etməsi məntiqlidir! Şirkətinizin B2B və ya B2C olmasından asılı olmayaraq şəxsən orada olmağınız insan münasibətlərini qurmağa sizə kömək olur.



  • Artan potensial və verilənlər bazası:

Tədbirlərin perspektivi dərhal hiss edilməsə də, onların gələcək geridönüşləri çox yaxşı olur. Siz konfransda iştirak edən şəxslərin data-larını şirkətin verilənlər bazasına əlavə edə bilərsiniz. Bu isə gələcəkdə özünüzün hədəf auditoriyanızı yaratmaqda kömək olacaq.


  • Marka fərqindəliyinin artırılması:

Tədbirlər müştərilərin sizi tapması, perspektivləri əldə etmək üçün əla bir yoldur. Bir fəaliyyətə ev sahibliyi etməklə (maarifləndirmək və ya sadəcə əyləncəli olsun), insanlara markanızla qarşılıqlı əlaqə qurma imkanı verirsiniz. Alkoqolsuz içkilər satan bir B2C şirkəti üçün bir yaz festivalına sponsorluq edə və pulsuz məhsulunuzu təqdim edə bilərsiniz. İstehlakçılar markanızı kəşf edirlər və məhsulunuzu sevməyə başlayırlar. Onlarda fikir formalaşdırmağa başlayırsız.



  • Markaya marağın yaradılması:

İştirakçı gözləntilərini aşan bir tədbirə ev sahibliyi etsəniz, insanlar bunu xatırlayacaqlar. İnsanların xatırladığı bir təcrübə yaratmaq, həm də markanızı xatırlamağa kömək edəcək.


  • Münasibətlərin qurulması və böyüməsi:

Yuxarıda da qeyd etdiyimiz kimi event marketinqi əsas etibari ilə üz-üzə ünsiyyətə dayanır. Ona görə də, belə tədbirlər əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir.


  • Fikir liderliyi və etibarlılıq:

Siz belə bir tədbirə ev sahibliyi etməklə, həm sektordakı mütəxəssislərin fəaliyyəti ilə tanış olursunuz. Eləcə də başqalarına da öyrədə biləcəyinizin fərqinə varırsınız.


Müəllif: Fidan Əzizova