Onlayn alış-veriş saytlarının mövcud olması xüsusilə iş adamları üçün həyatına vaxt qənaəti baxımından rahatlıq gətirir. Dünya üzrə reytinqdə ən çox məşhur olan onlayn alış-veriş saytları ilə tanış olaq:
- Amazon.com - Amazon.com Vaşinqton şəhərində yerləşən bir Amerika çoxmillətli texnologiya şirkətidir. Amazon,əsasən, e-ticarət, bulud hesablama, rəqəmsal axın və süni intellektə diqqət yetirir.
- Ebay.com - İnternet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir.
- Rakuten.co.jp - Tokioda yerləşən bir Yapon elektron ticarət və onlayn pərakəndə satış şirkətidir. 1997-ci ildə Yapon iş adamı Hiroshi Mikitani tərəfindən qurulmuşdur. Rakuten Yaponiyanın ən böyük e-ticarət saytıdır. Şirkət, Yaponiyanın ən böyük İnternet bankını və əməliyyat dəyərinə görə bir nömrəli kredit kartı şirkətini idarə edir.
- Aliexpress.com - AliExpress, Çində yerləşən və Alibaba Qrupuna məxsus olan bir onlayn pərakəndə xidmətdir. 2010-cu ildə fəaliyyətə başlayan Çində və Sinqapur kimi digər yerlərdə beynəlxalq onlayn alıcılara məhsul təklif edən kiçik müəssisələrdən ibarətdir. Rusiyada ən çox ziyarət edilən e-ticarət veb saytıdır və Braziliyada ən populyar 10 saytdan biridir.
- Craigslist.org - Craigslist iş yerləri, mənzil, satışa qoyulan, axtarılan əşyalar, xidmətlər, icma xidmətləri, konsertlər, rezyumeler və müzakirə forumlarına həsr olunmuş bölmələri olan Amerikalı bir reklam veb saytdır. Craig Newmark, 1996-cı ildə veb əsaslı bir xidmət halına gəldi və digər sadaladığımız kateqoriyalara genişləndi. 2000-ci ildə digər ABŞ və Kanada şəhərlərinə genişlənməyə başladı və hazırda 70 ölkəni əhatə edir.
Müəllif: Fidan Əzizova