Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı, yaradıcı, kommunikasiya, reklam və əlaqəli sahələrdə işləyənlər üçün qlobal bir mərasimdir.
Bu, reklam və yaradıcı kommunikasiya sənayesinin ən böyük toplantısı sayılır.
Lions mükafatlarının verilməsini də özündə birləşdirən beş günlük festival hər il Fransanın Cannes şəhərindəki Palais des Festivals et des Congrès Sarayında keçirilir. Hər ilin iyun ayında 90 ölkədən təxminən 15.000 qeydiyyatdan keçmiş nümayəndə, Festivalı ziyarət edərək marka ünsiyyətində ən yaxşı yaradıcılığı qeyd edir, sənaye məsələlərini müzakirə edir və bir-biri ilə əlaqə qururlar. Həftənin fəaliyyətləri bir çox mükafat mərasimlərinin yanında açılış və bağlanış qalasını da əhatə edir.
Sənətdən idmana, təhsildən nəqliyyata qədər bütün sahələri əhatə edən koronavirus kino dünyasındakı planları da alt-üst etdi. Əksər ölkələrdə bütün kinoteatrlar bağlanıb. Kinoteatrların fəaliyyət göstərdiyi ölkələrdə isə insanlar koronavirusun sürətlə yayılmasından narahat olduqlarından dolayı belə yerlərə baş çəkmirlər. Bu da bir çox film sənayesinə ziyan vurur. Yüksək reytinq gözləntiləri olan bir çox film bu səbəbdən təxirə salınmalı oldu.
Festivalın əvvəlcə iyundan 26-30 oktyabr tarixinə ertələndiyi söylənsə də təşkilatçılar artan qlobal COVID-19 böhranından sonra tədbirdən tamamilə imtina etməyə qərar verdilər. Son verilən məlumatlara görə növbəti Cannes Lions 21-25 iyun 2021-ci il tarixində keçiriləcək.
Festivalın bu il keçirilməsinin ləğvinə səbəb isə bir çox agentlik və şirkətlərin pandemiyadan dolayı geri çəkilməsi olub.
Sədr Philip Thomas Cannes Lions-un əsasının hər zaman yaradıcılıq olduğunu, lakin hazırda yaradıcı cəmiyyətin qarşısında duran başqa problemlərin olduğunu və buna görə də prioritetlərinin dəyişməsinin başa düşülən olduğunu vurğulayıb.