Yəqin ki, hər kəs həyatında adını görməsə belə 1 dəfə də olsa Nestlé məhsullarının dadına baxmışdır.
Nestlé S.A., mərkəzi İsveçrənin Vaud şəhərində yerləşən bir İsveçrə çoxmillətli qida və içki emalı şirkətidir. 2014-cü ildən bəri gəlirlər və digər göstəricilərə, əsasən, dünyanın ən böyük qida şirkətidir. İlk Nestlé loqosu 1868-ci ildə yaradılıb və Henri Nestlé onu ailəsinə əsaslandırıb. Henri İsveçrəyə Almaniyadan köçmüşdü. İlk loqo ailəsinin adında olan Nestlé-alman dilində ‘yuva’ mənasını verən bir sözdən ibarət idi. İlk loqoya bir yuva yerləşdirərək ailəsinə mənsubiyyəti bildirdi və loqotipi öz istehsal etdiyi körpə qidası məhsulları ilə əlaqələndirmək üçün bəslənən körpə quşlar əlavə edildi. Loqo illər keçdikcə yenidən dizayn edildi və sadələşdirildi, lakin Henri Nestlé-nin 1868-ci ildə hazırladığı əsas quruluş qorunub saxlandı.
Nestlé-nin məhsulları arasında uşaq qidaları, tibbi qidalar, su, səhər yeməyi, qəhvə və çay, qənnadı məmulatları, süd məhsulları, dondurma, dondurulmuş qidalar, ev heyvanları üçün qidalar və qəlyanaltılar var. Bu şirkətin tarixi 1866-cı ildə İngilis-İsveçrə Kondensat Süd Şirkətinin qurulması ilə başlayır. Henri Nestlé, 1867-ci ildə yeni bir uşaq qidası istehsal etdirdi və 1905-ci ildə qurduğu şirkət Anglo-Swiss ilə birləşərək, indi Nestlé Group olaraq bilinən şirkəti qurdu. Hazırda şirkətin 194 ölkədə 447 fabriki var və 333.000-dən çox işçisi var. Nestle, həm də dünyanın ən böyük kosmetika şirkəti olan L'Oreal-ın əsas səhmdarlarından biridir.
Əgər sizə maraqlıdırsa hər kateqoriyaya daxil olan müxtəlif brendlərlə tanış ola bilərsiniz:
İçkilər - Nesquik, Nestea, Milo
Kulinariya, soyudulmuş və dondurulmuş yeməklər - Maggi, Hot Pockets, Stouffers,Thomy, Jack`s, Tombstone, Herta,Buitoni, DiGiorno, Lean Cuisine.
Kofe - Nescafe, Nespresso, Dolce Gusto, Coffee Mate.
Su - Pure Life, Perrier, Poland Spring, S.Pellegrino
Şokolad - Qənnadı - Kitkat, Toll House, Milkybar, Smarties.
Dondurma - Dreyer’s, Extrême, Häagen-Dazs, Mövenpick, Nestlé Ice Cream
Bundan başqa, Nestle-nin daha bir çox kateqoriyası və məhsulları vardır.
Bütün məhsullarla maraqlanmaq və tanış olmaq üçün https://www.nestle.com/brands linkinə keçid edə bilərsiniz.
Müəllif: Leyla Kərimova