Bu gün start apların mediada işıqlandırılma şəkli elə təəssürat yaradır ki, bütün qurucular, sahibkarlar yeniyetməlik və ya 20 yaşlarında bu uğura çatıblar. Gənc milyonerlər və təşəbbüskarlar haqqında hekayələr kifayət qədərdir, lakin bu mənzərənin yalnız bir hissəsidir. Özünün "böyük ideyalarını" sonradan tapan, bəzi hallarda illərini şirkət qurmağa həsr edən sahibkarlar da çoxdur.
Budur, biznesə gec başlayan və hər yaşda müvəffəqiyyətin mümkün olduğunu sübut edən altı sahibkar:
1. Leo Goodwin, GEICO
GEICO və ya Dövlət İşçilərinin Sığorta Şirkəti, kifayət qədər güclü reklam rəqəmlərinə sahib olan tanınmış avtomobil sığortası markasıdır. Ancaq Gecko, Caveman və ya Maxwell-dən əvvəl GEICO, Leo Goodwin-in ideyası idi. 1930-cu illərdə Texasın San Antonio şəhərində mühasib işləyən Goodwin, sığortanın yenidən qurulmasına ehtiyac olduğunu başa düşdü. Niyə şirkətlər ənənəvi olaraq brokerlərə gedən bütün pullara qənaət edərək müştərilərlə birbaşa məşğul olmur?
1936-cı ildə, 50 yaşında, Leo, Vaşinqtonda GEICO-nu qurdu. Digər iş adamlarından ayrılaraq, şirkətin idarə edilməsində həyat yoldaşı Lillian ilə birgə çalışdı. İlin sonuna qədər GEICO-da 12 nəfər işçi və 3700 sığortalı var idi. Bu gün GEICO-da 27000-dən çox işçi çalışır və 14 milyondan çox sığortalı var.
2. Harland David Sanders, Kentukki Qızardılmış Toyuq
Sanders heç də uğurlu bir ideya ilə işə başlamamışdı. Erkən yaşda atasını itirdi, ögey atası ilə yola gedə bilmədi və bir çox işdən qovuldu, hətta məhkəmə salonunda öz müştərisi ilə dava etdikdən sonra vəkil işini itirdi. Bununla belə, heç vaxt təslim olmamağa qərarlı idi və bu xüsusiyyəti ilə son nəticədə uğura müvəffəq oldu.
Korbində bir xidmət stansiyasında işləyərkən Sanders, özünün dadlı toyuq resepti ilə yerli camaat arasında populyarlıq qazandı. Korbin stansiyası yanğın nəticəsində məhv olduqdan sonra Sanders Korbinin yerində 140 yerlik bir restoran inşa etdi. 1952-ci ildə, 62 yaşında Sanders ilk dəfə "Kentukki Qızardılmış Toyuğunu" françayz etdi. Bu gün KFC-nin 118 fərqli ölkədə və bölgədə 18800-dən çox satış nöqtəsi var.
3. Robert Noyce, Intel
MIT-dən (Massaçusets Universiteti) fizika doktoru dərəcəsini aldıqdan sonra Robert Noyce tədqiqat mühəndisi olaraq işə başladı və sonralar Beckman Instruments şirkətinə keçdi. 1957-ci ildə yeddi nəfərlə birlikdə Beckman-dan ayrıldı və Fairchild Semiconductor Corporation-ı qurdu. Orada bir az uğur qazandıqdan sonra Gordon Moore ilə ayrıldı. Onlar Noyce 41 yaşında ikən birlikdə Intel-i qurdular.
Noyce şirkətin vizioneri sayılırdı və işçilərə ailəsi kimi yanaşırdı. Əksər CEO-ların əməl etdiyi prinsipləri rədd etdi, şirkəti daha az strukturlu və daha rahat prinsiplərlə idarə etdi. Intel-də olarkən, kompüter texnologiyasında inqilab yaradan və bu gün də istifadə etdiyimiz maşınları meydana gətirən mikroprosessorun icadına nəzarət etdi.
4. Reid Hoffman, LinkedIn
Yəqin fikirləşirsiz ki, böyük bir sosial şəbəkə olan LinkedIn-i bir gənc qurub, elədir? Heç də yox! Reid Hoffman, Stanford-u bitirdikdən sonra nə edəcəyini bilmirdi. İşləməyə qərar verdi, amma strateji olaraq öz şirkətini qurmadan əvvəl öyrənməli olduğu şeylərin bir planını hazırladı.
İlk dəfə öz-özünə başladığı zaman, əla uyğun bir alqoritmə sahib olmağın müvəffəqiyyətə zəmanət verəcəyinə inanıb Socialnet adlı bir şəbəkə qurdu. Yeni saytının jurnal və qəzet vasitəsi ilə reklam edilməsinə çalışdı, amma heç vaxt bu fikirlə cazibə tapmadı. Sonda, ayrıldı və PayPal-a qoşuldu, 2002-ci ildə LinkedIn-də ortaq şirkət qurmaq üçün şirkətdəki vəzifəsindən ayrıldı. Hoffman şirkəti qurarkən 35 yaşındaydı və ictimaiyyətə açıqlananda 43 yaşında idi.
5. Wally Blume, Denali Flavours
Pomidor qoxulu dondurma təsəvvür edərkən, mədənizin reaksiyası fərqlidirsə, siz tək deyilsiniz. Wally Blume 20 illik uğurlu bir karyeraya imza atdı, ancaq müdiri bu çılğın fikirlə irəliləməyə qərar verəndə Blume başa düşdü ki, davam etməlidir. 1995-ci ildə, 50 yaşlarında, özünün dondurma şirkəti Denali Flavors-u qurdu və burada məşhur Moose Tracks ləzzətini yaratdı.
Bu gün bu biznes təkcə lisenziyalaşdırma müqavilələri sayəsində ildə 80 milyon dollar gəlir gətirir. Denali-nin artıq 40-dan çox fərqli dadı var və Blume hələ 70 yaşında həyata davam edir.
6. Carol Gardner, Zelda Wisdom
52 yaşındasınız, yeni boşanmış, üzgün və depressiyadasınız. Bu zaman düşündüyünüz ən son şey şirkət qurmaq olacaq. Sonra yenə də həkimin göstərişlərinə əməl edə bilərsiniz.
Terapevtinin tövsiyəsi ilə bir it aldıqdan sonra, Carol Gardner it şəkli və məzəli bir zarafatla yerli Milad kartı yarışmasını uddu. Qələbəsi, Gardneri iti Zeldanın adını verdiyi təbrik kartı şirkəti yaratmağa ilhamlandırdı. 2010-cu ildə Zelda Wisdom təqribən 50 milyon dollar dəyərində qiymətləndirildi. Bu o deməkdir ki, möhtəşəm ideyanın haradan və nə zaman gəldiyini əsla bilmək mümkün deyil.
Biznesi idarə etmək asan deyil - uğura çatmaq üçün çox zəhmət və nizam-intizam lazımdır. Nəticə olaraq, təəccüblü olmamalıdır ki, o yolda daha çox hərəkət edən daha çox təcrübə qazanır və ağıllı qərarlar verir. Buna görə yaşınız nə olursa olsun özünüzə inanın. Uğur hər kəsə hər an gələ bilər.
Müəllif: Humay Hüseynli