Apple 622 milyard dollara çatmış bazar dəyəriylə tarixin ən böyük Amerika şirkəti hesab olunur. Texnologiya, telekom, media sektorlarını və gündəlik həyatımızı yenidən şəkilləndirən Applenin 1 trilyon dollar səviyyəsindən qiymətləndirilən ilk şirkət olması gözlənilir.


Konkretləşdirmək məqsədilə, mövzuyla əlaqədar rast gəldiyimiz diqqətə dəyər nöqtələri toplayaq:


- Apple səhmlərinin dəyəri 2009-cu ilin yanvar ayından etibarən 3 dəfə iki qat artıb.


- Apple-in ən yaxın rəqibi Exxon Mobile ilə arasında ki fərq 200 milyardır. Başqa sözlə desək, Apple və onun təqibçisi Exxon Mobile-in arasındakı fərq Google-un bazar dəyəri qədər hesab olunur.


- Apple-in bazar dəyəri keçdiyimiz illə müqayisədə 300 milyard dollar artıb.


- Apple-in ‘daha böyük ekranlı' yeni iPhone, ‘kiçik' iPad və ‘yenilənmiş' Apple TV məhsullarının yaratdığı təmənna iyun ayından etibarən Apple səhmlərini 16% daha qiymətli etdi.


- Apple 622 milyard dollarlıq bazar dəyəriylə Microsoft-un 1999-cu ildə əldə etdiyi 619 milyard dollar rekordunu geridə qoydu.


- 1999-cu ildə Apple-in bazar dəyəri 9 milyard dollar idi. Microsoftun 1999-cu il değerlemesinin 60′da biri, Dell-in isə 1999-cu il değerlemesinin 10′da biri hesab olunur.


- Microsoft bir öncəki rekorda 1999-cu ildə nail olarkən, Nokia 200 milyard dollarlıq bazar dəyəriylə 9-cu sırada idi. Nokia-nın bu günki bazar dəyəri isə 8 milyard dollar təşkil edir.


- Keçdiyimiz günlərdə Google-un reallaşdırdığı Marissa Mayer transferiylə yenidən gündəmə gələn Yahoo-nun 1999-cu ildəki bazar dəyəri 100 milyard dollar təşkil edirdi. Yahoo-nun bu günki bazar dəyəri isə 18 milyard dollar təşkil edir.


Fokuslanma bacarığıyla məşhur birinin, diqqət dövrlərini tamamilə dəyişdirən məhsulları kütləviləşdirməsi kifayət qədər qəribəykən ədədlər gerçək bir çılqınlığa işarə edir.