“Volvo” latınca “I roll” mənasını verir. Onun ilk avtomobili 14 aprel 1927-ci ildə “Jakob” olub və İsveçin Göteborgdakı fabrikində istehsal edilib.
Şirkət Assar Gabrielsson və Gustaf Larsson tərəfindən yaradılıb. Onlar şirkəti keyfiyyət və təhlükəsizlik təməlinə əsasən qurublar. Bu günümüzün “Volvo” avtomobillərinə də aiddir. Yeni qurulan şirkət İsveçin sərt iqliminə yaxşı tab gətirmək üçün yaradılan dörd silindrli PV4 modellərinin həm, üstü açıq, həm də kabriolet modellərini istehsal etdi. Bu ənənə bu gün də “Volvo”nun yeni modellərində görünməkdədir.
1929-cu ildə “Jakob” modelindən daha uzun və daha geniş olan altı silindrli bir PV651 modeli təqdim edildi. Müvəffəqiyyəti şirkətə mühərrik tədarükçüsü olmasına və ilk fabrikini almasına kömək etdi və 1931-ci ilin sonunda səhmdarlara ilk dividendini geri qaytardı.
İkinci Dünya Müharibəsi “Volvo”nun avtomobil istehsalını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Lakin 1944-cü ilin payızına qədər şirkət ən əhəmiyyətli avtomobillərindən birini - PV444-ü təqdim etdi.
“Volvo”nun ilk “həqiqi” kiçik avtomobili uğur qazandı. PV444 və PV544 1960-cı illərin ortalarına qədər Volvo istehsalında üstünlük təşkil edəcəkdi. Və 1950-ci illər ərzində “Volvo”ya ABŞ-ın əhəmiyyətli bazarının bir hissəsini qazandıran ilk modellər olmuşdur.
Digər məşhur model 1956-cı ildə təqdim olunan və tez-tez Amazon adlanan Volvo 120 idi.
“Volvo” ilk zamanlarda öz marketinq strategiyası olaraq reklam kampaniyalarında “Volvo”da yatan kişi və qadınların fotolarını yayımlayırdılar. Əlbəttə, gecəni avtomobildə keçirmək istəsəniz, planlı da olmalı idiniz. Buna görə də, Volvo avtomobilin daxilində yataq dəstlərinin necə qurulacağına dair təlimat verdikləri bir neçə buklet çıxardı. Volvo ayrıca xüsusi yataq dəstləri də təklif edirdi.
Vaxtilə “lüksə yaxın” bir marka sayılan “Volvo”, indi BMW, “Audi” və “Mercedes” ilə qarşı-qarşıya gəlir və “TrueCar”dan alınan rəqəmlərə görə, oxşar satış qiymətlərini əldə edir.
Müəllif: Fidan Əzizova